Maliyyə pozuntularının məbləği açıqlandı
Dövlət büdcəsi üzrə 6,7 milyard manat vəsait audit olunub.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Yoxlamalara həmçinin Dövlət Neft Fondu, İcbari Tibbi Sığorta Fondu, Naxçıvan Muxtar Respublikasının büdcəsi və qeyri-büdcə vəsaitləri də daxil edilib.
Yoxlama tədbirlərində gəlir və xərclərin proqnozlaşdırılması, hesablanması, icrası və digər öhdəliklərin yerinə yetirilməsi uyğunluq, maliyyə və səmərəlilik elementləri aspektindən qiymətləndirilib. Yoxlama tədbirləri ilə uyğunluq elementləri üzrə pozuntu 584,8 mln. manat, maliyyə təhrifləri 626,3 mln. manat, səmərəsiz xərclər 342,9 mln. manata bərabər olub.
Uyğunluq elementləri üzrə aşkarlanmış maliyyə pozuntularının 170,4 mln. manatını büdcəyə hesablanmış zərər təşkil edib. Büdcəyə hesablanmış zərərin 101,5 mln. manatı üzrə vəsaitin bərpası, 40,2 mln. manatı üzrə isə müvafiq materialların hüquq-mühafizə orqanlarına göndərilməsi barədə qərar qəbul edilib. 28,7 mln. manatının əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda bu məbləğin bərpası istiqamətində birbaşa tədbir müəyyənləşdirilməmiş, bu ödənişlərin müvafiq qaydada dayandırılması barədə qərar verilib.
Digər Xəbərlər
30 May 2026 09:32
“Rusiya Ermənistana qazın qiymətlərini qaldırmağı planlaşdırır...”
29 May 2026 12:11
Qara dənizin qazı Türkiyəyə 2 milyard dollar qazandırdı
29 May 2026 12:10
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və gübrə göndərildi - YENİLƏNİB + FOTOLAR
28 May 2026 12:54
Azərbaycandan tranzit keçməklə Ermənistana 67 ton un göndərilib
27 May 2026 12:06
“AzerGold” qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başladı
27 May 2026 11:07
"Elə Prezidentin müşavirədə vurğuladığı əsas hədəf də məhsuldarlığın artırılmasıdır"
26 May 2026 12:02
Azərbaycanda qadınların daha tez pensiyaya çıxması təklif olunur
25 May 2026 22:00


Bakı -°C

