adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Oktyabr 2017 17:20
47996
MÜSAHİBƏ

“Mal və ticarət dövriyyəsi artacaq”- MÜSAHİBƏ

Politoloq Nəzakət Məmmədova adalet.az-a müsahibəverib. O müsahibəsində Bakı-Tiblisi-Qars dəmir yolunun siyasi əhəmiyyətindəndanışıb.

-Nəzakət xanım buyaxınlarda Bakı-Tiblisi Qars dəmir yolunun açılış mərasimi keçiriləcək. Bilməkistərdik ki, bu dəmir yolunun Azərbacyan üçün siyasi dividentləri nədən ibarətdir?

-Bu layihəninAzərbaycan üçün olduqca böyük geosiyasi, siyasi, iqtisadi dividendləri vardır. Siyasi dividendləri ondan ibarətdir ki, Azərbaycan Avrasiyada gedən qlobalmiqyaslı inteqrasiya proseslərinin ən mühüm iştirakçısına çevrilib. ÇindənAvropaya qədər uzanacaq bir layihədə mühüm siz sahibi və tərəfdaş ölkə qısmindəçıxış edir. Bütün iştirakçı ölkələrlə əməkdaşlıq əlaqələrini daha dagenişləndirir. Ən mühümü isə Ermənistan bu layihədən kənarda qalır, onun təcridolunması daha da dərinləşir. Baxmayaraq ki, Ermənistan həm Axalkalakidəki yerliermənilərin köməyi ilə, həm ABŞ-dakı diasporunun fitnələri ilə layihəninicrasına mane olmağa çalışdı, lakin layihə artıq reallığa çevrildi və biz birneçə gündən sonra açılış zamanı bunun şahidi olacağıq. Burada Azərbaycanın roludanılmazdır, həqiqətən də çox böyükdür. Üstəlik də, dediyimiz kimi layihəyəqarşı böyük kampaniya aparılırdı. Mən deyərdim ki, Bakı-Tbilisi-Ceyhan böyükenerji layihəsi idisə, Bakı-Tbilisi-Qars da nəhəng nəqaliyyat-kommunikasiyalayihəsidir. Necə ki, əbədiyaşar prezidentimiz Heydər Əliyev bütün maneələridəf edərək Bakı-Ceyhanı reallığa çevirdisə, eləcə də prezident İlham Əliyev birçox qaragüruhçu qüvvələrə, xüsusən də Ermənistana və erməni lobbisinə qarşıuğurla mübarizə apararaq Bakı-Tbilisi-Qarsın həyata keçməsinə nail oldu.Eyni zamandabu layihə bir çox ölkələri birləşdirəcək, onların geosiyasi, siyasi, iqtisadiinteqrasiyasını, birliyini təmin edəcəkdir. Dünyada gedən indikimünaqişələr, müharibələr dövründə belə bir birliyin, həmrəyliyin olması çoxmühüm məsələdir. Qədim İpək Yolunun üstündə yerləşən müxtəlif mədəniyyətə malikölkələrin eyni bir çətir altında, vahid kommunikasiya sistemi ətrafındabirləşməsi həm də onların arasında siyasi, iqtisadi, ticarət, mədəni əlaqələrində güclənməsinə öz töhfəsini verəcəkdir. Ölkələr arasında idxal-ixracəməliyyatları sürətlənəcək və genişlənəcək, iştirakçı dövlətlərin ümumdaxiliməhsulu bir neçə dəfə artacaq, yeni iş yerləri açılacaq, əhalinin havanəqliyyatına alternativ, nisbətən ucuz dəmiryolu nəqliyyatından istifadəimkanları genişlənəcəkdir.Türkiyə vasitəsilə Cənubi Qafqazın Ermənistan istisnaolmaqla iki ölkəsinin dəmiryol xətləri Avropa dəmir yollarına birləşəcəkdir.

Eyni zamanda,Çindən Orta Asiyaya, oradan da Azərbaycan-Gürcüstan-Türkiyə vasitəsilə AvropaBirliyinə resursların, habelə yük və sərnişin daşımacılığı həyatakeçiriləcəkdir. Bildiyimiz kimi, SSRİ dövründə Soçi-Suxumi-Tbilisi-Yerevan dəmiryolu xəttifəaliyyət göstərirdi və ermənilər onun bərpasını istəyirlər. Lakinhesablamalara görə 1991-ci ildə abxaz-gürcü muharibəsindən sonra istifadəsizqalan bu xəttin bərpası 300 milyon dollar vəsait tələb edir. Lakin Abxaziyamünaqişəsi tənzimlənmədiyindən və ərazi Rusiyanın nəzarətində olduğundan bununmümkün olmadığını başa düşən ermənilər heç olmasa Gümrü-Axalkalaki xətti iləBakı-Qarsa qoşulmaq istəyirlər. Ermənistan özünün ticarət əlaqələrini əsasənGürcüstan vasitəsilə həyata keçirdiyindən bu layihəyə qoşulmaq onun üçün çoxəlverişli olardı. Lakin bu ölkə öz işğalçılıq siyasətinə son qoymayıncaAzərbaycan və Türkiyə onun hər hansı bir ciddi layihəyədə iştirakına imkanverməyəcəkdir. 

-3 ölkə əməkdaşlığıregion üçün başqa nə kimi tövfələr verə bilər?

-Uc ölkə - Azərbaycan,Türkiyə, Gürcüstanın əməkdaşlığı ilk növbədə regional əməkdaşlığın, inkişaf vətərəqqinin daha da genişlənməsinin əsas amildir. Bu əməkdaşlıq həm də qlobal inteqrasiyaya dəstəkverməklə beynəlxalq siyasi, iqtisadi, ticarət münasibətlərinin dərinləşməsinəöz töhfəsini verir. Bu gün ərazilərində separatizm meylləri radikal bir şəkildəərazi bütövlüyünə təhdid törədən bu üç ölkə əməkdaşlıq münasibətlərini genişləndirməkləbu meyllərin aradan qaldırılmasına, kənar güclərin bölgəyə təsirinə imkan verməməyə,əməkdaşlıq vasitəsilə əhalinin rifah halının yaxşılaşmasına çalışırlar. Təsadüfüdeyildir ki, bu ölkələrin əməkdaşlığı nəticəsində regionda iqtisadi inkişaf sürətlənəcək,Bakı-Tbilisi-Qars dəmiryolu yeni iş yerlərinin açılmasına, infrastrukturuninkişafına, mal və ticarət dövriyyəsinin artmasına səbəb olacaqdır. Təsəvvüredin ki, ilkin mərhələdə 5 milyon, ikinci mərhələdə isə 17 milyon ton yükündaşınması nəzərdə tutulur.Lakin siyasi əhəmiyyətdə çox böyükdür. Bildiyimiz kimi Cavaxetiyada ermənilər Ermənistanınaraqızışdırmasına uyaraq tez-tez ayağa qalxırlar. Layihənin oradan keçməsiGürcüstanın bu bölgədə siyasi-iqtisadi nüfuzunu artırmağa imkan verəcəkdir.Eyni zamanda, Türkiyənin Qars və ona yaxın olan vilayətləri inkişaf cəhətdənböyük şəhərlərə nisbətən geridə qalır. Bu layihə əslən azərbaycanlılarınyaşadığı Qars və ona yaxın bölgənin də inkişafına yardım edəcəkdir. Azərbaycanınözü üçün isə dəmiryol magistralının əhəmiyyəti daha böyükdür. Orta AsiyadanAvropaya qədər ötürülən yük və sərnişin daşımalarından həm tranzit ölkə kimi böyükgəlirlərimiz olacaqdır. Eyni zamanda əhalinin işlə təmin olunması imkanlarıgenişlənəcəkdir. Bununla yanaşı Ermənistan və separatçı Dağlıq Qarabağ erməniləriAzərbaycanla münaqişənin uzanmasının onlara heç bir fayda vermədiyinə, əksinəbütün gəlirli layihələrdən özlərini təcrid etməklə tənəzzülə doğru getdiklərinəbir daha əmin olacaqlar.


Ədil Ədilzadə