Magistraturaya qeydiyyat müddəti uzadıldı
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmuş bakalavrların qeydiyyat müddəti uzadılıb.
Bu barədə Adalet.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş şəxslər 26 iyul saat 23:59-dək elektron qaydada portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər.
Bakalavrlar portalda qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Eyni zamanda müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.
25 iyul saat 09:00-a olan məlumata əsasən magistraturaya qəbul olunan 11867 nəfərdən 10747 nəfəri portalda qeydiyyatdan keçmək üçün müraciət edib və onlardan 9675 bakalavrın müraciəti yoxlanılaraq təsdiq olunub.
Qeydiyyat müddəti 26 iyul saat 23:59-dək davam edəcək.
Qeydiyyat prosesi ilə bağlı ən çox verilən suallar və cavabları ilə buradan tanış olmaq mümkündür. Bakalavrlar əlavə məlumat əldə etmək üçün Təhsil Nazirliyinə müraciət edə bilərlər.
Verilən müddət ərzində qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Digər Xəbərlər
16 Sentyabr 2026 17:50
Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olundu
16 Sentyabr 2026 11:05
Nazir ƏMR İMZALADI: Yeni dərs ilində...
16 Sentyabr 2026 10:20
“Birinci sinfə gələn uşağın artıq illərlə formalaşmış dil təcrübəsi var”
15 Sentyabr 2026 16:20
LDU-da yeni tədris ilinə start verildi
15 Sentyabr 2026 12:35
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 Sentyabr 2026 12:12
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
15 Sentyabr 2026 11:09
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - VİDEO
15 Sentyabr 2026 10:59


Bakı -°C

