Magistraturaya minimal keçid balı açıqlanıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası "Magistr” jurnalının 5-ci nömrəsini nəşr edib.
TQDK-dan Adalet.az-a verilən xəbərə görə, jurnalın bu nömrəsində 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc olunub.
Bakalavrların nəzərinə çatdırılıb ki, magistr proqramları (ixtisaslaşmaları) üzrə boş qalan yerlərin siyahısı və həmin yerlərin müsabiqəsində iştirak etmək üçün elektron ixtisas seçimi haqqında elan 2016-cı ilin avqust ayında TQDK-nın internet saytında və "Magistr” jurnalının növbəti sayında təqdim ediləcək. Jurnalı "Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Digər Xəbərlər
28 May 2026 17:32
İlham Əliyevin sosial media hesablarında paylaşım edilib
28 May 2026 17:01
Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub - FOTOLAR + YENİLƏNİB
28 May 2026 16:27
Məhəbbət Kazımovun qardaşı vəfat etdi - FOTO
28 May 2026 15:30


Bakı -°C

