“Lotu Quli” rus polisini ayağa qaldırdı - Xüsusi rejimə keçdilər
Azərbaycanlı qanuni oğru "Lotu Quli” ləqəbli Nadir Səlifovun adamları Rusiyada arzuolunmaz şəxslərə çevrilir.
Uralda azərbaycanlı avtoritetin dəstəsi "vəziyyət”i nəzarətə götürmək üzrədir.
Həmçinin Uralda, konkret olaraq Sverdlovsk əyalətində "Lotu Quli”nin adamları xüsusi biznes məkanlarında və bazarların böyük qismində çirkli pulların toplanmasına nəzarət edirlər.
Rusiya hüquq mühafizə orqanları güman edirlər ki, yaxın gələcəkdə Uralda kriminal qruplaşmalar arasında yeni müharibə olacaq. Bu səbəbdən hazırda Sverdlovskda polis xüsusi rejimdə çalışacaq. Həmin əyalətə yeni polis rəisi təyin edilir.
Regionun hüquq- mühafizə orqanları açıq bildiriblər ki, onlar üçün ən böyük təhlükə Azərbaycandan olan kriminal qüvvələrdir.
Qeyd edək ki, Rusiyada "Lotu Quli" ilə bağlı axtarış elan edilib. (Lent.az)
Digər Xəbərlər
03 May 2024 10:48
Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
01 May 2024 09:43Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb
30 Aprel 2024 11:00Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb
30 Aprel 2024 10:06Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanıldı
29 Aprel 2024 16:58