adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
02 Mart 2018 17:24
8044
İDMAN

Londonun ən yaxşı futbolçusu seçildi

"Tottenhem"in hücumçusu Harri Keyn 2017-ci ildə Londonun ən yaxşı futbolçusu seçilib.

Qol.az-ın xəbərinə görə, İngiltərə millisinin üzvünə "London Footbal Avards" mükafatı təqdim edilib.

Keyn ötən il 29 qolla İngiltərə Premyer Liqasının bombardiri olub.

2017-ci ildə Londonun ən yaxşı baş məşqçisi isə "Kristal Palas"ınçalışdırıcısı Roy Hocson seçilib.