adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Dekabr 2019 16:09
33942
DÜNYA

LİVİYA TÜRKİYƏDƏN KÖMƏK İSTƏDİ

Faiz Saracın rəhbərlik etdiyi Liviya Milli RazılıqHökuməti rəsmi olaraq Türkiyədən hərbi yardım istəyib. Reutersin yaydığı məlumatagörə, Liviyanın Türkiyədən quru, hava və dəniz yoluilə üç istiqamətdə hərbi dəstək üçün müraciət etdiyi bildirilir. Faiz Sarac general Xəlifə Həftara tabe qüvvələrinpaytaxtda başladığı hücumların qarşısını almaq üçün rəsmi şəkildə Türkiyədən hərbiyardım istəyir.

TürkiyəPrezidenti Rəcəb Tayyib Ərdoğan Milli Razılıq Hökuməti kömək istəsəLiviyaya hərbi qüvvə göndərməyə hazır olduğunu dəfələrlə bəyan edərək: "Biz dəvət olunduğumuz yerə gedərik, dəvət olunmadığımızyerə isə getmərik”- deyə söyləmişdi.

XariciKİV-lərdə yayılan məlumatlara görə, artıqhakim Ədalət və İnkişaf Partiyası Türkiyə parlamentinə Liviya hakimiyyətinəhərbi yardım icazəsi verən qanun layihəsi təqdim edib. Hazırda TürkiyəBöyük Millət Məclisi Liviyaya hərbi qüvvələr göndərməyi nəzərdə tutan qanun üzərindəçalışır.

Eyni zamanda Ankara türk ordusunun əvvəllərSuriya əməliyyatlarında olduğu kimi, Liviyada da ruslarla toqquşa biləcəyini də anlayır. Çünki Rusiya mütəmadi olaraq Haftara kömək etməkdəittiham olunur. Son həftələrdə Haftar tərəfində döyüşdüyü iddia edilən"Rus muzdlular" ən populyar mövzuya çevrilib. Türkiyə prezidenti dəbu mövzuda dəfələrlə danışıb. Moskva hər dəfə bu təkzibləri rədd etməsinə baxmayaraq, münaqişənin hər iki tərəfi ilə təmasdaolduğunu gizlətmir, sülh yolu ilə həllinə töhfə verməyə çalışdığını bildirib.

Onuda qeyd edək ki, Liviyada 2011-ci ildə diktator Müəmmar Qəddafi devrildikdənsonra ikili hakimiyyət formalaşdı: bir Tripolidə beynəlxalq səviyyədə tanınanMilli Razılıq Hökuməti, bir də şərqdəLiviya Milli Ordusunun (LMO) feldmarşalı Xəlifə Həftarı dəstəkləyən parlament.

Vəziyyətqeyri-rəsmi olaraq dünyanın əhəmiyyətli bir hissəsinin simpatiyasının daha çoxLMO-ya məxsus olması ilə daha da ağırlaşır, çünki Milli Razılıq Hökuməti (MRH)qüvvələri arasında ən radikal cəhətdən olan islamçı dəstələr çox nəzərə çarpır.Öz növbəsində Haftar və onun ordusu Qərb tərəfindən məhv edilmiş Müəmmər Qəddafinindünyəvi siyasi sisteminin varisləri hesab edilir.

Hələaprelin 4-də Sarac hökumətini hakimiyyətdən uzaqlaşdırmaq üçün Xəlifə HəftarTripolidə genişmiqyaslı əməliyyatlara başlamağı əmr edib. Dekabrın 12-də isə Həftarın başçılıq etdiyi Milli Ordu"paytaxt uğrunda həlledici döyüşə" başladığını elan etdi. Saracın rəbərliketdiyi Milli Razılıq Hökuməti silahlı birləşmələrini yüksək hazırlıq vəziyyətinəgətirərək, ölkənin əsas şəhərini qorumaq üçün qüvvələri səfərbər etsə də Liviyaüzərində gücə sahib deyil. Ölkə ərazisinin 90 faizinə Haftar qoşunları nəzarətedir.

Bölgəninvə dünyanın əsas güclərinin əksəriyyətinin Liviyada maraqları var, lakin deməkolar ki, hamısı qətiyyətli açıq addımlardan çəkinərək "döyüş üzərində"olduqca ehtiyatlı mövqe tuturlar.Səbəb aydındır: Liviyada hər cəhətdən son dərəcə çətinbir vəziyyət var - bu ölkəyə uğursuzgiriş ciddi itki vermək deməkdi.

Mehriban CƏFƏROVA