adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Dekabr 2022 12:09
675
ƏDƏBİYYAT

Lev Qumilyovu təkrar-təkrar oxumaq lazımdır! - Etibar Əliyev yazır

Lev Qumilyov yazır: “Bütün insanlar hansısa dildə danışırlar. Ona görə də fransıca danışanlar fransız, ingiliscə danışanlar ingilis, fars dilində danışanlar farslardır. Yaxşı, mənim doğma anam (şair Anna Axmatovanı nəzərdə tutur) 6 yaşına qədər fransızca danışıb. Rusca danışmağı və yazmağı sonradan öyrənib. Yəni o, bundan sonra fransız yox, rus şairi olub. Onda belə çıxır ki, o 6 yaşına qədər fransız olub? İkinci misal İrlandlar 200 il ərzində öz dillərini unudub, ingilis dilində danışıblar. Sonra İngiltərədən ayrılıblar. Dili mühakimə etsək, onlar 200 il ingilis olublar?

Qumilyov sualı belə qoyur: etnos probleminin praktik mahiyyəti varmi? Əgər bizə ingilis alimi qonaq gəlibsə, dərhal hiss edəcəyik ki, o bizdən fərqli olaraq yad adamdır. Onun rus dilində danışmasına fərqli geyimdə olmasına baxmayraq bu belədir. Xarici fərqlilik gizlənəndə etnik mənsubiyyət şübhələr yaradır. Məsələn tramvayda eyni geyimli və rus dilində yaxşı danışan 4 nəfər yol gedir. Fərz edək ki, onlardan biri rus, digərləri qafqazlı, tatar və latışdır. Bunlar arasında fərq var ya yoxdur? Mənim opponentlərimdən biri dedi ki, onların arasında milli zəmində hansısa münaqişə baş verməsə hansı millətə xas olmaları bilinməyəcək. Razılaşmadım. Burda hansısa milli münaqişədən söhbət gedə bilməz. İstənilən hadisə bu insanlarda müxtəlif reaksiya, yaxud müxtəlif davranış sterotipi yarada bilər. Fəz edək ki, dayanacqaların birində sərxoş bir nəfər tramvaya daxil olub xuliqanlıq etməyə başlayır. Nə baş verəcək? Rus təssübkeşlik edib deyəcək: “tez düş neçə ki, səni aparmayıblar, qafqazlı dözməyib onu vuracaq. Tatar bütün ehtimallara görə kənara çəkilib görməməzliyə qoyacaq özünü. Qərb adamı isə polisə müraciət edəcək”.

Biz uzun illər SSR-nin tərkibində olmuşuq. Əsasən rusca danışa bilənlər irəli çəkilib. Pantürkist damğası vurub güllələnən ziyalıların sayı-hesabı yoxdur. Buna baxmayaraq, büdrəməmişik.

Böyük alman filosofu Fixtenin məşhur aforizmi yadıma düşdü: “Xarakterin varsa, demək, almansan”. Bu aforizmi türklərə də aid etmək olar.