adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Fevral 2018 15:35
23784
ƏDƏBİYYAT

Lermontovun qisası

Böyük rus şairi və dramaturqu Mixail Lermontov nə qədər sevilən nüfuzsahibi olsa da bəzi xoşagəlməz xasiyyəti ilə öz çevrəsində ad çıxarmışdı.Dost-tanışın, hətta onunla ilk dəfə üz-üzə gələnlərin ən hiddətləndiyi cəhətiisə şairin yerli-yersiz qarşısındakı adamı lağa qoyması olub. Özü bunu zarafatadlandırsa da, əslində ələ salmaqdan, aşağılamaqdan başqa bir şey deyildi. Bəzənonun sözləri o qədər ağır olurmuş ki, sonu duellə bitirmiş. Yeri gəlmişkən,Lermontov belə duellərdə 4 dəfə güllələnib, hər dəfə də yüngül yaralarla canınıqurtarıb. Yalnız sonuncudan başqa. 1841-ci ildə baş tutan dueldə sinəsindəngüllələnən şair bu yaradan sağ çıxmayıb. Lermontov xasiyyətcə qarışıq adamolduğundan ölümünə də hərə bir cür reaksiya verib. Məsələn, imperator I Nikolaybelə deyib: "İtin yeri it damı olar”.

Məlumdir ki, Qafqaza ürəkdən bağlanmış, yaradıcılığının çox hissəsinibu diyara həsr etmiş şair bu yerlərə tez-tez səfər edirdi. İlk səfəri isə hələ10 yaşındaykən olub. Bədəncə zəif, xəstə olan uşağı nənəsi Qafqaza mineralsular və dağ havasında müalicə üçün gətiribmiş. Gələcək şair burda 9 yaşlı birçərkəz qızına necə aşiq olursa, 2 il sonra belə onu şeirlərində tərənnüm edir.Sonralar da etiraf edir ki, Qafqaz məhz bu qızcığazın fonunda daha gözəlgörünürdü.

Amma Lermontov heç də həmişə belə sevəcən, gözəl xatirələrlə doluolmayıb. Xüsusən də qadınlara qarşı. Yeniyetmə vaxtı Yekaterina adlı bir qızaaşiq olur, amma sevgisi cavabsız qalır. İllər keçəndən sonra tanınmış şairkənqızla rastlaşır. Bu vaxt Yekaterina nişanlı imiş. Nüfuzundan istifadə edənLermontov qızı özünə aşiq edir. Gənc qızların tanınmış şairə aşiq olub uğrundagələcəyindən vaz keçməsi təəccübləndirici olmasın gərək... Şair arzusuna çatır:aşiq qız nişanlısından ayrılıb onunla görüşməyə başlayanda Lermontov ondan buyolla qisas aldığını söyləyir və qızdan ayrılır. Üstəlik bu hadisənisağda-solda danışaraq qızın adına da xələl gətirir.

Bundan başqa Lermontovun başqa bir pis xasiyyəti də varmış. Falçılaraətək-ətək pul tökərək düşmən olduğu, hətta xoşuna gəlmədiyi adamlara caduetdirirmiş.


Şəfiqə ŞƏFA