Lənkəranda piyada vurub qaçan sürücü həbs edilib
Daxili işlər və prokurorluq orqanlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü tutulub.
Bu barədə Adalet.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, fevralın 22-də, saat 19:20 radələrində Həsənov Bağı Məmmədhəsən oğlunun idarə etdiyi "VAZ-21093” markalı, 50-BR-163 dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara-İran sərhədi yolunun Lənkəran rayonu, Liman şəhəri ərazisindən keçən hissəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən piyada - 1960-cı il təvəllüdlü Səmiyeva Dəstəgül Əzməmməd qızını vuraraq hadisə yerindən qaçması və sonuncunun hadisə yerində ölməsi faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində cinayət işi başlanıb.
B.Həsənov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrində nəzərdə tutulan ittiham elan olunmuş və Lənkəran rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər
18 May 2024 16:40
Usta işlədiyi evlərdən oğurluq etdi - VİDEO
18 May 2024 12:56Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanılıb
16 May 2024 14:52Etibarsız pullarla təqaüdçüləri aldatdı
16 May 2024 14:5022 yaşlı tələbə qızı öldürən Elvinin görüntüləri - VİDEO
16 May 2024 10:19