Lənkəranda 16 yaşlı qız itkin düşdü

Lənkəranda 16 yaşlı qız itkin düşüb.
Adalet.az-ın məlumatına görə, itkin düşən şəxs rayonun Zövlə kənd sakini, 2006-cı il təvəllüdlü kənd sakini Şahnaz Elşad qızı Hüseynovadır.
Yoldaşlarının dediyinə görə, o bu gün saat 12:30-da məktəbdən çıxıb. Qızlarının məktəbdən qayıtmadığını görən valideynləri narahat olublar. Onu hər yerdə axtarsalar da, heç bir məlumat ala bilməyiblər.
Ş.Hüseynovanın itkin düşməsi ilə bağlı polisə məlumat verilib.(report)