“Neftçi” və “Qarabağ”ın növbəti rəqibləri müəyyənləşib
Azərbyacanı avrokuboklarda təmsil edən “Neftçi” və “Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibləri müəyyənləşib.
Adalet.az xəbər verir ki, bu, III təsnifat mərhələsinin qarşılaşmalarından sonra məlum olub.
Avropa Liqasında mübarizəni dayandıran “Neftçi” Konfrans Liqasının qrup mərhələsinə düşmək üçün İsrailin “Makkabi” (Hayfa) komandasını üstələməyi bacarmalıdır. “Makkabi” evdə 7:2 hesabı ilə məğlubiyyətə uğratdığı "Torshavn"a Farer adalarında minimal hesabla yenilərək, mərhələ adlayıb.
“Qarabağ” isə Şotlandiya “Aberdin”i ilə üz-üzə gələcək. “Aberdin” İslandiyada 3:2 hesabı ilə yendiyi “Breydablik”ə öz meydanında da qalib gəlib - 2:1.
Qeyd edək ki, “Qarabağ” və “Neftçi” ilk oyunlarını avqustun 19-da öz meydanında keçirməlidir. Lakin bu halda matçların tarixində dəyişikliyin ediləcəyi gözlənilir. Cavab görüşləri isə avqustun 26-da keçiriləcək.
Digər Xəbərlər
10 Sentyabr 2026 19:31
"Sabah"ın U-19 komandası "Mançester"ə məğlub oldu
10 Sentyabr 2026 17:01
Hakimləri təhqir edən futbolçu cəzalandırıldı
10 Sentyabr 2026 14:02
Renat Dadaşov Ukrayna klubunda
10 Sentyabr 2026 10:38
Lamin Yamal “Barselona”nın tarixinə düşdü
09 Sentyabr 2026 21:00
“Sabah”ın Çempionlar Liqasında şansları açıqlandı
09 Sentyabr 2026 20:45
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
09 Sentyabr 2026 19:01


Bakı -°C

