“Azerbaijan Open 2026” Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
“Azərsun Holdinq” , “PASHA Real Estate” və “Dreamland Baku”nun dəstəyi ilə keçirilmiş “Azerbaijan Open 2026” qolf turnirinə yekun vurulub. 2016-cı ildən etibarən “Dreamland Golf Club” tərəfindən təşkil olunan və artıq ənənəyə çevrilən bu turnir ölkəmizdə olan qolfsevərlərlə yanaşı, xarici həvəskar qolfçuları da bir araya gətirib.
İki gün davam edən turnirdə yerli və xarici həvəskar qolfçular fərdi və komanda yarışlarında mübarizə aparıblar.
Turnirin ümumi çempionu və komanda yarışının qalibi Xəlil Hüseynov, İlqar Əhmədov, Elman Rzayev və Tofiq Əfəndizadə olub. İkinci yeri Nitin Kapoor, Kim Kwang Il, Kim Changsoo və Sang Jun Park, üçüncü yeri isə Chris Williams, Mark Taylor, Brian Lawson və Graham Beattie tutublar.
Turnirin tərəfdaşları sırasında “Dreamland Golf Club”, Azərbaycan Qolf Federasiyası, “Khazar Fabrication”, “Shura Links”, “Paragraph, Zala Springs Golf Resort”, Dreamland Golf Hotel”, “IMG”, “Kaşıbeyaz Baku”, “Bazarstore”, “The National Azerbaijan Golf Club” və “Dream Body Athletic Club & Spa” yer alıb.
İldən-ilə əhatə dairəsini genişləndirən “Azerbaijan Open” turniri həvəskar qolfçuların beynəlxalq turnir təcrübəsi qazanmasına, Azərbaycanda qolfun təbliğinə, bu idman növünə marağın artırılmasına və ölkənin beynəlxalq qolf məkanı kimi tanıdılmasına mühüm töhfə verir.
Digər Xəbərlər
09 Sentyabr 2026 19:01
Zubir “Qarabağ”a qayıdır? – RƏSMİ
09 Sentyabr 2026 09:51
Arda Gülerə möhtəşəm mükafat - Luiş Fiqu təqdim etdi
09 Sentyabr 2026 09:31
Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq
09 Sentyabr 2026 06:53
“Real” “İnter”i, “Mançester Siti” “Portu”nu məğlub etdi
08 Sentyabr 2026 14:59
"Kəpəz" - "Qəbələ" oyunu bir dəqiqəlik sükutla başlayacaq
08 Sentyabr 2026 07:08
ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
07 Sentyabr 2026 21:00
Neftçi" nigeriyalı hücumçu transfer etdi
07 Sentyabr 2026 20:00


Bakı -°C

