Lavrov Trampı tənqid etdi
"Trampın beynəlxalq hüquqa məhəl qoymaması qəbul edilə bilməz".
Adalet.az xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov "France Television"a verdiyi müsahibəsində deyib.
“Biz İranı deyil, beynəlxalq hüququ müdafiə edirdik. İran yalnız bizim müttəfiqimiz deyil, həm də müvafiq dövlətlərarası müqavilədə əks olunduğu kimi strateji tərəfdaşımızdır. Düşünmürəm ki, tarixən özlərini həmişə beynəlxalq hüququn tərəfində olduqlarını bəyan edən fransızlar nə baş verdiyini görmürlər. Əslində, bunu görmək belə vacib deyil. Biz bunu gündəlik real vaxt rejimində müşahidə edirik”, - deyə nazir Rusiyanın İranı niyə müdafiə etməsi ilə bağlı suala cavab verərkən bildirib.
Lavrov deyib: "ABŞ prezidenti Tramp beynəlxalq hüquqla maraqlanmadığını və öz əxlaqi prinsipləri və instinktləri ilə idarə olunacağını deyəndə, bu, qəbul edilə bilməz".
Digər Xəbərlər
27 Mart 2026 01:00
Danışıqlarda irəliləyiş var - Rubio
27 Mart 2026 00:41
İran ABŞ ilə quru döyüşlərinə hazırlaşır - 1 milyondan çox döyüşçü...
27 Mart 2026 00:30
NATO ABŞ-dən sifariş edilən silahları Ukraynaya ötürməyə davam edir
27 Mart 2026 00:20
“Kurtlar Vadisi”nin məşhur malikanəsi satışa çıxarıldı - VİDEO
27 Mart 2026 00:16
Pezeşkian Putinə təşəkkür etdi - FOTO
27 Mart 2026 00:08
"Region son yüzilliyin ən böhranlı dövrünü yaşayır" - Ərdoğan
27 Mart 2026 00:03
"İran ABŞ-a səkkiz tanker neft verməyi vəd edib" - Tramp
26 Mart 2026 22:00


Bakı -°C

