“Kurtlar Vadisi”nin məşhur malikanəsi satışa çıxarıldı - VİDEO
“Kurtlar Vadisi” serialı ilə yadda qalan tarixi Əbud Əfəndi köşkü satış xəbəri ilə yenidən gündəmə gəlib.
Adalet.az xəbər verir ki, İstanbulun Boğaz sahilində yerləşən bu məşhur malikanənin 15,23 faiz payının 170 milyon TL-yə (təxminən 6,5 milyon manat) satışa çıxarıldığı bildirilir.
Bosfor sahilində, Üsküdarın Kandilli ərazisində yerləşən köşk həm memarlıq xüsusiyyətləri, həm də televiziya tarixindəki rolu ilə seçilir. Tarixi bina Osmanlı dövrünün tanınmış memarı Qarabet Balyan tərəfindən 1835-1855-ci illər arasında inşa edilib.
İkimərtəbəli taxta konstruksiyaya malik olan malikanə ağ fasadı və qırmızı kirəmitli damı ilə Boğaz köşkləri arasında xüsusi yer tutur. Təxminən 1500 kvadratmetrlik ərazidə yerləşən tikilinin əsas sahəsi 270 kvadratmetr, ümumi istifadə sahəsi isə 540 kvadratmetrdir. Alt mərtəbədə qayıq evləri, üst hissədə isə geniş mərkəzi salon və otaqlar yerləşir.
Malikanə 1900-cü ildə Mehmet Əbud Əfəndi tərəfindən satın alınıb və uzun illər ailə iqamətgahı kimi istifadə olunub. Sonrakı dövrdə isə xüsusilə “Kurtlar Vadisi” serialında çəkilən səhnələr sayəsində geniş tanınıb. Serialda güc və nüfuzun simvolu kimi təqdim olunan şura iclası səhnələrinin məhz bu məkanda lentə alınması köşkü televiziya tarixinin simvolik məkanlarından birinə çevirib.
Havadan çəkilən son görüntülər malikanənin Boğaz sahilindəki möhtəşəm yerləşməsini, geniş körpüsünü və ətrafındakı yaşıllıq zonalarını bir daha nümayiş etdirir./Qafqazinfo
Digər Xəbərlər
27 Mart 2026 01:00
Danışıqlarda irəliləyiş var - Rubio
27 Mart 2026 00:50
Lavrov Trampı tənqid etdi
27 Mart 2026 00:41
İran ABŞ ilə quru döyüşlərinə hazırlaşır - 1 milyondan çox döyüşçü...
27 Mart 2026 00:30
NATO ABŞ-dən sifariş edilən silahları Ukraynaya ötürməyə davam edir
27 Mart 2026 00:16
Pezeşkian Putinə təşəkkür etdi - FOTO
27 Mart 2026 00:08
"Region son yüzilliyin ən böhranlı dövrünü yaşayır" - Ərdoğan
27 Mart 2026 00:03
"İran ABŞ-a səkkiz tanker neft verməyi vəd edib" - Tramp
26 Mart 2026 22:00


Bakı -°C

