"Region son yüzilliyin ən böhranlı dövrünü yaşayır" - Ərdoğan
Türkiyənin yerləşdiyi region son yüzilliyin ən böhranlı dövrünü yaşayır. İran ətrafında gərginliyin artmasının bədəlini isə bütün bəşəriyyət ödəyir.
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının funksionerləri qarşısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, regionda heç kim unutmamalıdır ki, “bombaların və raketlərin ölümcül gurultusu dayandıqdan sonra” xalqlar yenə də yanaşı yaşamağa məhkumdur.
“İstər İran olsun, istərsə də körfəzin ərəb ölkələri, məgər hamımız zərbələrə məruz qalmırıq? Türkiyə və onun xalqı dost və qardaş hesab etdiyi xalqları nə kədərdə, nə də sevincdə tək qoymayacaq. Kimin törətməsindən asılı olmayaraq, qanunsuzluğun, quldurluğun və tiranlığın bütün formalarına qarşı çıxacağıq. Ankara tarixin haqq olan tərəfində dayanır. Sağlam düşüncədən geri çəkilməyəcək və özünə nəzarəti itirməyəcəyik”, – deyə Türkiyə Prezidenti bildirib.
Türkiyə lideri vurğulayıb ki, heç kim Türkiyəni diz çökdürə bilməz: “Bütün ölkələrə qarşı sülh və sabitliyə yönəlmiş xarici siyasətimizi dəyişməyəcəyik. Qardaş xalqlar arasında düşmənçiliyi və parçalanmanı dərinləşdirəcək istənilən addımları rədd edirik”.
Digər Xəbərlər
27 Mart 2026 01:00
Danışıqlarda irəliləyiş var - Rubio
27 Mart 2026 00:50
Lavrov Trampı tənqid etdi
27 Mart 2026 00:41
İran ABŞ ilə quru döyüşlərinə hazırlaşır - 1 milyondan çox döyüşçü...
27 Mart 2026 00:30
NATO ABŞ-dən sifariş edilən silahları Ukraynaya ötürməyə davam edir
27 Mart 2026 00:20
“Kurtlar Vadisi”nin məşhur malikanəsi satışa çıxarıldı - VİDEO
27 Mart 2026 00:16
Pezeşkian Putinə təşəkkür etdi - FOTO
27 Mart 2026 00:03
"İran ABŞ-a səkkiz tanker neft verməyi vəd edib" - Tramp
26 Mart 2026 22:00


Bakı -°C

