adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Iyun 2018 16:05
30600
MƏDƏNİYYƏT

Lahıc misgərlik sənəti necə zirvəyə ucaldı?

Lahıc misgərlik sənəti həm tarixi keçmişi, həm dəmüasir siması ilə nəinki ölkəmizdə, hətta bütün dünyada böyük maraqlaqarşılanır. Misgərlik sənətimiz çox qədimdir, qədim olduğu qədər də müasirdir. 

Bildiyiniz kimi rəhbərlik etdiyiminYeni Həyat İqtisadi-İnkişaf İctimai Birliyi Azərbaycan RespublikasınınPrezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınınmaliyyə dəstəyi ilə "Lahıc misgərlik sənətinin inkişaf perspektivləri ilə bağlıtədbirlərin təşkili” layihəsi çərçivəsində Lahıcın qədim misgərlik sənətinin bugünkü vəziyyətini geniş şəkildə araşdırıram. Əlbəttə, əldə etdiyim hər birinformasiya, emalatxanasında olduğum bütün sənətkarların bir məqədi var-Lahıcmisgərlik sənətini yaşatmaq, onu gənc nəsilə öyrətmək və bu sənətingözəlliklərini təbliğ etmək. Sözsüz ki, sənətkarlar çalışır ki, daha maraqlı əlişləri ilə çağdaş müştərini, tamaşaçısını, sənət sevdalılarınısevindirsin.

Xalq sənəti xalqın qədimliyini, dövlətçilik ənənələrinindaha dərin qatlara bağlı olduğunu göstərir. Hansı xalqınki, yaşı minilləri adlayan xalq sənəti növləri yoxdur, demək, o xalq çoxkasıbdır. Xalq sənəti əsrlərin süzgəcindən keçərək ustaddan şəyirdə ötürülərəkgünümüzə qədər gəlib çatıb. Keçən çağlarda hər ustanın, hər sənətkarın özününemalatxanası, şəyirdləri, davamçıları olardı.

Oemalatxanalarda xalq sənəti inciləri yaradılardı. Bu incilər emalatxanalardanbazarlara, ticarət evlərinə, saray və malikanələrə ayaq açardı. Gözəl, gözəlolduğu qədər də unikal olan bu xalq sənəti nümunələri arasında misgərlik xüsusiəhəmiyyət kəsb edirdi. Misgərlərin yaratdığı möcüzə aləmi heyran qoyurdu. Bugün də misgərlik yaşayır. Məişətdə misgərlik nümunələrinə elə də yer verilmir,amma hesab edirik ki, hər evdə misgərlik nümunəsi olmalıdır.

Sənətşünaslarbildirir ki, misgərlik dəmir dövründən yadigar qalıb. Alimlərin qeydlərinəgörə, aparılan tədqiqatlar və həmin sənətin yaşadılması onu deməyə əsas verirki, Azərbaycanda misgərliyin yaradılması çox erkən dövrlərə təsadüf edir vəölkəmiz onun inkişaf edən mərkəzlərindən biri olub. Sənətşünaslar bildirir ki,bu ərazilərdə tapılan ilk mis metal işləmələrin tarixi Neolit dövrünə aiddir.Miladdan əvvəl VI minillikdə mis əldə edildikdən sonra ondan müxtəlif əşyalarhazırlanıb. Sənətşünaslar qeyd edir ki, bir sənət kimi onun təşəkkülü artıqorta əsrlərdə böyük şəhərlərin misgərlik mərkəzinə çevrilməsinə gətiribçıxarıb. Azərbaycanda misgərliyin hələ erkən dövrlərdən yüksək inkişaf etdiyinibir sıra Avropa ölkələrində, o cümlədən Rusiya muzeylərində saxlanan miseksponatlar da sübut edir.

Tariximənbələrin yazdığına görə, Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında olanvenesiyalı səyyah Kontarin yazırdı ki, burada hər gün hökmdarın ətrafındakıtəxminən 400 nəfərə mis qablarda yemək verilir. XX əsrin əvvəllərindəAzərbaycan misgərlərinin hazırladığı məmulatlar müxtəlif sərgilərdə nümayişetdirilərkən yüksək qiymətləndirilib və mükafatlandırılıb. Alimlərin qeydlərinəgörə, mis üzərində işləyən sənətkarlar imzalarını onun üzərinə həkk etdikləriüçün dünya muzeylərində saxlanan Azərbaycan mədəniyyətinin bu təkrarolunmazincilərini başqa xalqların öz adlarına çıxması mümkün deyil. Misdən hazırlananəl işlərinin 40-dan artıq növü olub və beş qrupda ümumiləşdirilib: xörək,süfrə, su-ağartı qabları və məişət əşyaları.

Mənbələrdəbildirilir ki, Azərbaycanda misgərlik sənətinin mərkəzlərindən biri Lahıc olub və bu gün də Lahıc var gücü ilə bu sənətəsahiblik edir. Bu gün misgərlik sənəti inkişaf edir və onu yüksəkliyə doğruaparan ustalar var.

Bu gün lahıclı misgərlərin əl işinə dünyanınistənilən şanlı-şöhrətli muzeylərində rast gəlmək mümkündür.

Tanınmış mədəniyyətşünas Binnət Hümbətoğlu yazırki, Lahıc qəsəbəsi tariximizin XVIII-XIX əsrlərində Azərbaycanın misgərlikməmulatları və silah istehsalı mərkəzlərindən biri olmuşdur:”Lahıcda misgərliksənətinin belə yüksək səviyyədə gəlib günümüzə çatmasının bir səbəbi budursada, digər səbəbi şübhəsiz ki, buradakı insanların, sənətkarların bu peşəyəhədsiz sevgi və məhəbbəti olmuşdur.

Burada misgərlər məişətdə işlənən mürəkkəb və incənaxışlarla bəzədilmiş dolçalar, sərniclər, satıllar, məcməyilər, sərpuşlar,güyümlər, aşsüzənlər, kəfgirlər, kasalar, camlar, qazanlar, badyalar,səhənglər, çıraqlar və s. bu kimi məmulatlar hazırlamaqla yanaşı, eyni zamandaburadakı sənətkarlar odlu (tüfənglər, müxtəlif çaplı tapançalar və s.) və soyuq(xəncər, beybud, qılınc, bıçaq və s.) silahlar hazırlamağı ilə də məşhurolmuşlar.

Lahıc təkcə misgərlik sənəti və misgərləri iləməhşur olmamışdır, həmçinin burada yaşayıb yaradan digər peşə sahiblərinin -zərgərlərin, sərracların (yəhər düzəldənlərin), palançıların, dülgərlərin,xalçaçıların, həkkakların, nəqqaşların, dabbaqların (dəri-gön aşılıyanların),çəkməçilərin, çarıqçıların və s. sahələr üzrə sənətkarların da məskəniolmuşdur. Bu sənətkarların da əl işləri, maddi mədəniyyət nümunələri kimi,hazırda dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarınıbəzəməkdədir.

Deməli, bu gün məhz "Lahıc misgərliksənəti"nin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi heçdə təsadüfi olmamışdır.

Bu xeyirxah işdə milli mədəniyyətimizin əvəzsizhimayədarı Mehriban xanıma yaxından köməklik etmiş Mədəniyyət Nazirliyinə,Xarici İşlər Nazirliyinə, Azərbaycan Respublikasının UNESCO yanında Daiminümayəndəliyinə və bu sahə üzrə mütəxəssis-ekspertlərə dərin təşəkkürümübildirməyi də özümə borc bilirəm.

Azərbaycan misgərliyinin tarixinə nəzər saldıqdagörürük ki, bu peşə dəmir dövründən qalma bir sənətdir. Aparılan tədqiqatlar vəhəmin sənətin bu gün də sevilə-sevilə yaşadılması təsdiqləyir ki, vətənimizdəmisgərliyin yaradılması çox erkən dövrlərə təsadüf edir və ölkəmiz onun inkişafedən mərkəzlərindən biri olub”.

B.Hümbətoğlu yazır ki, Azərbaycanda mis xam malı,mis məmulatları və bu sahə üzrə sənətə gəldikdə isə, deyə bilərəm ki, budiyarda misgərliyin inkişafı elə misin kəşf olunma tarixi ilə eynidir. Olabilsin ki, orta əsr araşdırmaçıları bu fikirlərlə tam razılaşmasın, lakin hesabedirəm ki, qədim tarixi mənbələri araşdırsalar, məni təsdiqləyərlər.

O, hesab edir ki, bu gün Azərbaycanda misgərlik sənətininən böyük təmsilçisi Lahıcdır və lahıclı misgərlərdir. Mədəniyyətşünasın qeydetdiyinə görə, cəmiyyətimizin özünün misgərlik sənətinə münasibəti müsbətədoğru dəyişməlidir. Onun sözlərinə görə, bundan sonra lahıclı misgərlər dahaböyük uğurlara imza atacaqlar.

Ədil ƏDİLZADƏ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap olunur