"Laçın sənin olsaydı, biz burda olmazdıq!"

Rusiyanın nəşri olan "Novaya Qazeta"nın əməkdaşı Yan Şenkman Laçının Zabux kəndindən reportaj hazırlayıb.
Birtəfəli və qərəzli, ermənisayağı vay-şivənlə...
Özünə də yazdım. Dedim, "müsahibə aldığın erməni sənə deyir ki, Suriyadan Laçına köçmüşəm... Amma indi ağlayır ki, ana torpağımı tərk etmək ağırdır. Suriyadan gələn erməni üçün Laçın necə ana torpaq ola bilər?"
Amma orada bəzi maraqlı məqamlar var. Xüsusən Rusiya sülhməramlılarından çox böyük narazılıq hiss olunur.
Diqqətimi çəkən bir detal da oldu.
İrəvanda Qarabağ ermənisi olan həkim jurnalistə başına gələni danışıb. Deyib "Laçın dəhlizindəki postda durmuşdum. Sülhməramlı gəlib üstümə qşqrıdı ki, "davay, tez gir maşına...Çıxma bayıra". Mən dedim ki, "hansı əsasla? Bura mənim torpağımdır..."
Sülhməramlının cavabı unikal olub: "Sənin torpağın olsaydı, biz burda olmazdıq!"...
Avqustun 25-nə bir şey qalmayıb....
Xəqani Səfəroğlu
Digər Xəbərlər

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar - FOTOLAR

Köhnə sənədlərlə daşınmaz əmlakın qeydiyyatı asanlaşdı

Polis sahilyanı ərazilərdə ətraf mühitin qorunmasına nəzarəti gücləndirib

Liderlər və qızları şəkil çəkdirdilər - VİDEO

Ədliyyə naziri İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi

Ombudsmana ən çox kommunallara görə müraciət edilib
