adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Mart 2024 11:34
1733
MƏMLƏKƏT

Kütləvi məzarlıqda aşkarlanan qalıqlar ailələrinə təhvil verilərək dəfn olunacaq

Xocalıda aşkarlanmış kütləvi məzarlıqda kimliyi müəyyən edilmiş şəxslərin dəfni ilə bağlı məsələlər ailə üzvləri ilə məsləhətləşmədən sonra müəyyən olunacaq.

Adalet.az xəbər ki, bunu bu gün Baş Prokurorluğun, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birgə təşkil etdiyi brifinqdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun əməkdaşı Zaur İsmayılov deyib.

O bildirib ki, dəfnlər yerli icra orqanlarının təşkilatçılığı ilə təşkil ediləcək. Qalıqlar dini, milli ənənələrə uyğun olaraq ailələrinə təhvil verilərək dəfn olunacaqlar.