06 Fevral 2014 18:59
19651
ƏDƏBİYYAT

“Kurtlar Vadisi”ndəki gizli təriqət

"OpusDei” təriqəti katolik kilsəsinin daxilində təşəkkül tapan böyük güclərdənbiridir. Azərbaycan oxucusu bu təriqətlə Den Braunun "Da Vinçi şifrəsi” romanındatanış olur. Eyni zamanda məhşur "Kurtlar Vadisi Pusu” serialının tamaşaçılarıda bu təriqət haqqında az-çox məlumatlıdır.

"Opus Dei” nədir?

"OpusDei”, 2 oktyabr 1928-ci ildə Madriddə sıravi bir keşiş olan Jose Maria Escrivade Balaguery Albas tərəfindən qurulan ispan kökənli bir təşkilatdır. "Opus Dei”latıncadır, mənası "Tanrının işi” deməkdir. Təşkilat katolikliyə sadiq, dünyəviiş adamlarını bir araya gətirərək Papaya Vatikandan kənarda dəstək arayır."Opus Dei” hal-hazırda Vatikanda ən təsirli dünyəvi təşkilatdır. Gizli təşkilatolan "Opus Dei”ninin bütün üzvləri katolik iş adamlarıdır.

Hərölkədə də təşkilatın işlərinə məsul bir kardinal var. Onlara görə Papanınşəxsiyyəti, kilsədən də, papalıq vəzifəsindən də üstündür. Papa, Tanrı krallığınınmüqəddəs lideridir. Belə uca bir mərtəbəyə çata bilən şəxs fövqəladə adamdır.Bu səbəblə "Opus Dei”, belə fövqəladə bir adam tərəfindən təmsil edilən Vatikandövlətini ucaldır və kilsəni ikinci planda görür. Fantastik məbləğdə - 2.8milyard dollar sərvəti, 20 universiteti, 600-dən artıq qəzeti, 60 radio vəteleviziya kanalı, 40 xəbər agentliyi, 20 kino şirkəti, 97 kolleci, 36 ibtidaitəhsil məktəbi olan "Opus Dei” ilə bağlı böyük qalmaqallar yaşanıb. Eynizamanda təriqətlə bağlı əfsanələr uydurulub. "Opus Dei” isə öz sirrini qorumağaçalışır, haqqındadanışılanlara reaksiya vermir və fəaliyyətini davametdirir.

Hər gün özünü qırmanclayanlar...

"OpusDei” təriqətinin üzvlərinin riayət etməli olduğu qaydalardan əlavə, hər günetməli olduqları ibadətlər var. Bu ibadətlərin içərisində ayaqlarına"cilice" deyilən mismarlı zənciri gündə iki saat bağlamaq da var. Buibadəti İsanın əziyyətini anlamaq üçün reallaşdırdıqlarını bildirirlər. Əzabbütün "Opus Dei” üzvlərinin gündəlik ruhani proqramlarının bir parçasıdır."Opus Dei” nin 30 faizini təşkil edən evlənməyəcəyinə söz verən üzvlərhər gün "cilice” və dua oxuyaraq özlərini qırmanclamaq məcburiyyətindədirlər.

Qadınlarisə yalnız ərini məmnun etmək və uşağa baxmaq kimi gündəlik vəzifələrəməsuldurlar. Təşkilatın həddindən artıq mühafizəkar strukturları var. Nə qədərdünyəvi görünsə də, "Opus Dei” dini təriqətdir.

Təriqətin üzvləri kimlərdir?

Təriqətdünya siyasətini öz ağuşuna almaqdadır. İngiltərənin Milli Təhsil Naziri,Polşa hökumətindən 3 nazir, Perulu 2 nazir, ABŞ Konstitusiya Məhkəməsinin 2hakimi, Konqresin onlarla üzvü, köhnə FTB şefi Luis Freeh və Foxteleviziyasının şərhçisi Robert Novak "Opus Dei” müridi olduğunu gizləmir.ABŞ-da abort, homoseksual evliliklər barədə rəhbərliyin mühafizəkar mövqeyininarxasında "Opus Dei” nin dayandığı ehtimal edilir.

Dünyanınhər yerində biznesmenlər, həkimlər, jurnalistlər, yazarlar, vəkillər, memarlarbu təşkilatın möhkəmlənməyi üçün çalışırlar.

Təriqətinqurucusu Müqəddəs Escriva 26 iyun 1975-ci ildə dünyasını dəyişir və yerinəillərdir onun yanında olan Diez Sollano keçir.

Təriqətinəsas missiyası, ruhani olmayan kəslərin cəmiyyət içində "Tanrının sözünü”yaymaqda dinamik rol oynamasını təmin etməkdir.

Katolikdünyasında tərəfdarlarının sayı bir milyonu keçən təriqət az qala ikincikatolik kilsəsi missiyasını yerinə yetirir.

Vatikanpasportu daşıyan "Opus Dei” Kardinalları toxunulmazdırlar və yalnız Papayahesabat verirlər. "Opus Dei”nin ABŞ-da müxtəlif vəzifələrdə 30 min üzvü var.

"Numerari”lər, "Sopranumerari”lər,"Aggregati”lər...

"OpusDei”də 3 tip üzvlük var: "Numerari” (tam üzvlər) - heç vaxt evlənmirlər, hətta"Opus Dei” evlərində birlikdə yaşayırlar. Qazanclarının hamısını öztəriqətlərinə bağışlayıb yalnız ehtiyacları olan qədər götürürlər."Sopranumerari” isə "Opus Dei”yə tam üzv olduqdan sonra evlənib, uşaq sahibiolan üzvlərdən meydana gəlir. Bunlar həyatlarını "Opus Dei”ninin evlərindənkənarda normal bir şəkildə yaşayır və aylıq haqq ödəyirlər. "Aggregati” adıverilən üçüncü tip üzvlər isə evlənməsələr də müxtəlif səbəblərə görə "OpusDei”nin evlərində yaşaya bilməyən insanlara verilən bir üzvlük formasıdır.Bunlardan əlavə "cooperatori” adı verilən "Opus Dei”nin yardım və təhsilişlərinə qatılan könüllülər var. Tam üzvlər normal universitetlərdə təhsilaldıqdan sonra, teologiya təhsilini də təriqətə bağlı universitetlərdən birindəalırlar. "Numerari”lərin doktorluq işi müdafiə etməsi də əsas şərtdir.

Araşdırmaçılarhesab edir ki, "Opus Dei” dünyanın hər yerində öz üzvlərini yerləşdirməyibacaran bir təriqətdir. Bu məntiqlə təriqətin Azərbaycanda da üzvlərinin olmasıistisna edilmir. Dörd-beş il öncə bu barədə mətbuatda şaiyə xarakterli yazılarişıq üzü görürdü. Şaiyələrə görə "Opus Dei” ölkəmizə II İohan PavelinAzərəbaycana səfərindən sonra ayaq açıb.