“Ulduz” jurnalının iyul-avqust sayı dərc edilib

“Ulduz” jurnalının iyul-avqust sayı dərc edilib.
Adalet.az xəbər verir ki, “Yeni nəsil: tənqid+” adlı yeni layihə “Ulduz” jurnalı ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının birgə əməkdaşlığı sayəsində ərsəyə gəlib.
Jurnal Qismət Rüstəmovun tərcüməsində Adam Kirşin “Qlobal roman: XXI əsrdə dünyanı yazmaq” məqaləsi ilə açılır.
“Tənqid” bölümündə Ramil Əhmədin “Xatırlamanın və unutmağın səsi”, Ülvi Babasoyun “Ədəbi tənqidin susmaq formaları”, Qismət Rüstəmovun “Qar Tanrısının qeydiyyatı haradır?”, Tomas Eliotun “Tənqidin hədləri” yazıları dərc edilib.
“Şeir vaxtı”nda Alik Əlioğlu, Feyziyyə, Rəbiqə Nazimqızı, Şəhriyar Del Gerani, Günel Şamilqızı, Anar Amin, Elçin Səlimlinin şeirləri çap olunub.
“Nəsr”də Cavid Zeynallının “Həmin işıqlı günlər” hekayəsi, Ülviyyə Heydərovanın “Pələng” hekayəsi yer alıb.
“Tərcümə saatı”nda Seyfəddin Hüseynlinin tərcüməsində Andrey Volosun “Çulışman” əsəri təqdim edilib.
“Dərgidə kitab”da Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” (1-ci yazı) yazısı işıq üzü görüb.
“Dərgidə sərgi”də Naqiyə Rzayevanın əl işləri yayımlanıb.
Digər Xəbərlər

Ana Dilimizə Yol Açan Tarix

Xoşbəxtlik paylaşılınca çoxalırmış! - Aqşin Yenisey yazır

Əbülfət Mədətoğlu: Oğul xəcaləti

ŞƏHİDLƏR BOYLANIR BU KİTABDAN

Əzəli-əbədi güc - Pərvanə Bayramqızı yazır

Rəhbəri A(a)qil olan “Ə(ə)dalət”in İ(i)radəli baş redaktoru varsa, bu qəzetə zaval yoxdur - İqbal Alısoydan TƏBRİK YAZISI

Qarabağ dərdimiz - Ələmdar Məmmədov yazır
