adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Iyun 2019 17:48
28378
ƏDƏBİYYAT

KÖVRƏK DUYĞULARIN POETİK TƏRAVƏTİ

Söz bir qapıdır. Bu qapıdan keçmək üçün qapını döymək lazım deyil.Döyülməklə açılmır bu qapı; duyumla, duyğuyla açılır. Duyğusu, duyumu olmayanınbu qapıda işi yoxdur. Dünya yaranandan bəri sözlər qapıların, qapılar sözlərinalın yazısıdır. İnsan ömrü də söz kimi bir qapıdır. Zaman-zaman, fəsil-fəsilaçılır; gah sevincin, gah kədərin, dərdin üzünə...

Ulusözə könül bağlayan qələm adamlarından biri də Azərbaycan Yazıçılar Birliyininüzvü, dörd poetik toplunun müəllifi, istedadli şair Tamella Pərvindir. Özməzmunu ilə seçilən maraqlı və mənalı bir həyat yolu keçib. Tamella xanımınşeirlərində yurd, vətən, doğma ocağa bağlılıq hissi məxsusi poetika iləsəciyyələnir. Milli-mənəvi dəyərlərin, intizar, həsrət dolu sevginin, valideynməhəbbətinin, ləyaqət və insanpərvərlik duyğularının bədii tərənnümü onunpoetik nümunələrində səmimi bir kaloritdə öz ifadəsini tapır. Həmçinin onunşeirlərində uca Allaha dərin inamın tərənnümü ilə yanaşı, həyatdaxeyirxahlıq, həssaslıq və qayğıkeşlik ruhunun təbliği, sadə insanların arzu,istək və amallarının gerçəkləşməsi kontekstində ulu sevgi amillərinrolunun böyüklüyü də səciyyəvi xarakter daşıyır. Şairin şeirlərində zaman,təbiət, insan amili bədii təfəkkürün tərkib hissəsi kimi çıxış edir.İstedadli sairin "Bahar” adlı poetik nümunəsi bu kontestdən səciyyəvidir.

Başımdafırlanan, qəm havasıdır,
Ürək mənə deyir, köklən bahara.
Deyəsən bu dava, bar davasıdır,
Toxuna bilməzsən ki, arzulara...

Könlüm,bu, çiçək tək, bar həvəsində...
Şeirə köklənmişəm, göydəyəm yenə...
Əllərim çiçəyin yar həvəsində,
Öpüşür, uyubdu çiçək eşqinə.

İlahi,çiçəyin köşəsinə bax,
Bu ağac, bu barı neyləyəcək ki?!
Deyirsən, birini dər, sinənə tax,
Qoparsam, bu gəlin göynəyəcək ki...

Anaağacların deyil vecinə,
Həyatın hər üzü yanaqlarında.
Dəymərəm,onların çicək dəcinə...
Bar fəsli gəzərəm budaqlarında...

Çiçəklərvüsalın gen qucağıdır,
Yaxşı daş hasarlar, qoruyur sizi.
Vallah, sevgilinin qanacağıdır,
Gəzib dolansa da itirir izi...

Ayağac, bar gətir, gözüm sinəndə,
Gəlin, gəl özünə, çırp ətəyini...
Payızım gəlməsin, payız gələndə,
Di bağla başına öz örpəyini...

Gənc yaşlarından ədəbi-bədii yaradıcılığa maraq göstərən Tamella Pərvininqələm təcrübələrinin tarixi xronikası onun püxtələşməyə can atmasından,getdikcə buna nail olmasından soraq verir. Əlbəttə, uğurlu yaradıcılıq prosesiüçün peşəkarlıqla yanaşı, şair ovqatının "sarı sim”də gəzişməsi də vacibşərtlər sırasındadır. Bu mənada da Tamella xanımın öz yaradıcılıq yolunda buönəmli şərtə diqqət yetirir, yəni könlünə yatan, onu həyacanlandıran mövzular,hadisələr qəlbinin poetik işığında təqdim edir.

Sən arzumdan doğmuşdun, mənim ki,

Harda qaldın, ay ömrümün bir günü?

Sabahlara üz tutmuşdun, dünən ki,

İzləyirəm hər sabahı, hər günü.

Həsrətimin felindəyəm, bir ildi,

Qatarlar şütüdü, günlər silindi.

Nə işarə qandın, nə him bilindi,.

Alınmır ki, eləmişəm, vər günü.

Gümanlarım yolun azıb, bilirəm,

Nələr edib, nələr yazıb, bilirəm.

Baxışların söyləsə də, gəlirəm,

Yox olursan, hər Allahın ver günü.

Çox naşıyam, baxışının dilinə,

Bu sevginin açarı nə, dili nə.

Mat qalmışam, göndərdiyin gülünə,

Demə varmış, bir, "günlərin bir günü”.

Bu poetik misralarda dərin və saf bir sevginin, hicran və həsrətqoxulu bir qəlbin səmimi duyğulari diqqəti cəlb edir. Lirikqəhrəmanın yaşadığı həsrət ağrısının dərinliyi ilə bərabər eşqin ucalığını,qüdrətini daha parlaq və gözəl ifadə etmək üçün istifadə olunan bədii təsvir vəifadə vasitələrinin təravəti şairin poetik bacarığının ehtivasıdır.

Tamella xanımın poetik əsərlərinin lirik qəhrəmanı öz müşahidə qabiliyyətiilə diqqəti cəlb edir. Onun fərdi poetik siması yalnız qələmə aldığınümunələrin üslüb cəhətlərində deyil, həmçinin hadisələrə yanaşmasında, onlarıseçməsində və qiymətləndirməsində, lirik "eqo”nun əhval-ruhiyyəsini təravətli,həm də səmimi çalarlarla ehtiva etməsindədir.

Üzünü döndərib hara gedirsən,

Üz tutan yerin yox, özündən özgə.

Qəfilcik mələklər yazmasın günah,

Özümü asmışdım, sözümdən öncə.

Şəkiləm, heykələm, kimə gərək ki,

"Yenə əyilmədi, deyilən, qadın”.

Uzaqlaş, aydınlaş, səbrimdən get ki,

Mən də bir mələyəm, deyiləm qadın.

Özümü yox, daha "ağlamıram, hec”,

Gəl səni ağlayım, Adəmin oğlu.

Sənin qürurunu qırardımmı heç,

Səni sındırmazdım, adamın oğlu.

Əyib vüqarını, tez get, sən Allah,

Yalançı vüqarım, ağrıyır axı.

Özümdən çox səni düşündüm, billah,

Məni "boş xəyallar” "saxlayır, axı”.

İnsan dühasının ən böyük tapıntısı vəinsan həyatının ən dəyərli xəzinəsi sözdür. Sözün təbiətinə xas olankeyfiyyətlər çeşid-çeşiddir. Bədii sözün mahiyyəti daha təravətli vəçoxmənalıdır. Bədii söz dərin ictimai mənası, əhatəli və güclü realizmi,estetik keyfiyyətləri ilə dolğun məzmun kəsb edir. Bu mənada bədii təfəkkürün,ədəbi yaradıcılığın yolu mürəkkəb mündəricəsi ilə seçilir. Yalnız əhəmiyyətlimövzunun qələmə alınması əsərin ədəbi uğuruna zəmanət verə bilməz. Əsl sənətingücü dəyərli ideyanın, böyük fikrin obrazlı ehtivasında, təravətlitəcəssümündədir. Tamella Pərvinin şeirlərinin lirik qəhrəmanı müşahidəqabiliyyəti ilə fərqlənir. Onun fərdi poetik siması təkcə yazdığı şeirlərinüslub xüsusiyyətlərindən deyil, həm də hadisələrə yanaşmasında, onlarıseçməsində və dəyərləndirməsində, lirik "mən”in əhval-ruhiyyəsini təbii vəsəmimi poetik boyalarla canlandırmasındadır. Şairin lirik qəhrəmanı həssasmüşahidə qabiliyyətilə həmin proseslərdə fəal iştirak edir. Onun poeziyasındayurd sevgisi, vətənsevərlik, el-oba məhəbbəti, milli özünüdərk və yaddaşaqayıdış duyğusu, böyük önəm daşıyır. Şairin vətən ətirli şeirlərində torpaqağrısı, yurd həsrəti məxsusi bədii detallarla əks olunur. Bu adsız şeirdəməxsusi poetik özünüifadə şairin bədii qüdrətini əyani sərgiləyir.

Doymuş bulud, dolmuş bulud,

Gəlmə üstümə.

Mən də doymuşam, dolmuşam,

İndicə, özünü üstümə sıxar.

İldırım çaxar,

Yaxşı, məni, yanına apar,

Bulud,
Agah olum sənin sirrinə.

Gəl tökək göz yaşımızı

Mənim vətənimin dərdinə.

Əsl sərhəd deyil ora,

Sərhədlər çox uzaq.

Yollar, hıçqırıq dolu,

Aça bilərsənmi, atəşlər qoruyan bu yolu.

Yox, bulud, yox,

Sən Tanrıya bir bulud yaxın.

Qoy çıxım üstünə, Tanrıya baxım,

Dolub Tanrı.

Qarışıb göz yaşına

Axım.

Mübarək sözünətrini duyanlar azdeyil. Min illərdir söz var, sözə könül verənlər, sözün işığında yol gedənlərvar. Bəzən adama elə gəlir ki, deyiləsi yeni söz qalmayıb, bir ömür yaşayaninsanla, onun həyata gəlişi və həyatdan gedişi arasında Allaha, cəmiyyətə,təbiətə sevgiylə bağlı hər şey deyilib və yazılıb. Ancaq insan təfəkkürünün vədüşüncəsinin sərhədləri nəhayətsizdir. Dünyanın, təbiətin, cəmiyyətinsaysız-hesabsız görüntüsü mövcuddur və bu vizuallığı uşaqdan tutmuş qocayadəkhər kəs özünəxas rakursdan qəbul edir. Şairlər bu görüntüləri, bu mövcudluğuözünəməxsus formada poetik duyumla ifadə edirlər. Bununla da insanı həmriqqətləndirən, heyrətləndirən, həm sarsıdan, həm də heyran edən estetik duyğualəmi yaradırlar. Şairləri yaşadan da bu estetik aləmdir. Bunların məxsusilirik, romantik dünyası oxucu üçün maraqlı səyahəti xatırladır. Virtual səyahətisevənlər, virtual səyyah olmağı bacaranlar belə məqamları gözəl anlayırlar.

Poeziya aləmində elə şairlər var ki, onlarınistedadının gücü mürəkkəb poetik obrazlar silsiləsində deyildir. Onlarınistedadının mayası xalq təfəkkürünün zənginliyindən qaynaqlanaraq, insanınarzusunu, ümidini, kədərini, sevincini, bütövlükdə mənəvi aləmini aydın, rəvanvə özünəməxsus səmimiyyətlə əks etməsindədir. Bu aspektdə özünü doğruldan,çağdaş poeziya məkanında yaradıcılığının təbii, səmimi və ahəngdar ovqatı ilədiqqət çəkən istedadlı şairdir Tamella Pərvin.

Poetik müstəvidə estetik idealın ifadəformaları çox çeşidlidir. Yaradıcı insanın, daha dəqiq desək, şairin estetikidealının daşıyıcısı müxtəlif formalarda təzahürə malikdir. Şair hər şeydənəvvəl onu əhatə edən həyatda özünün yaradıcılıq idealları ilə mütənasib olanadamları təsvir və tərənnüm edir.

T.Pərvinin obrazlar sistemində özünügöstərən poetik vasitələrdən biri bədii suallar, xitablardır. Şair bədiisuallarla təsvir etdiyi surətin duyğu və düşüncələrini, daxili ovqatını vəpsixoloji məqamını şəraitə uyğun daha təsirli şəkildə üzə çıxardır. Buməziyyətlər bədii təsvirə konkretlik və əyanilik gətirir.

Vermə mənə, əvəz dünya,

Kişi kimi yandırmısan.

Üfürürsən əbəs, dünya,

Külümü ki, sovurursan.

Yüzüm aldın, bir verdin ki,

Bəndə idim, bilmirdin ki?

Sən özünü endirdin ki,

Kimin yerində durursan?

Bədii xitabların poetik fiqurlar sırasındaobrazlılıq yaratması, səmimi ovqat aşılaması diqqətçəkəndir. Bu poetik detallarşeirlərdə obrazın, təsvirin təsirli ifadəliliyinə xidmət edir.

Tamella Pərvinbədii dilimizin zəngin və rəngarəng təhkiyələrindən, bədii təsvir və ifadəvasitələrindən bacarıqla istifadə edərək, qələmə aldığı mövzuların bədiihəllini, poetik ümumiləşdirməsini özünəməxsus ovqatda təqdim edə bilir. Onunyaradıcılığında məxsusi bir məziyyət var ki, onu başqalarından fərqləndirəbilir. Bu cəhəti şərtləndirən amil geniş və dərin mənada sadəlikdir və busadəlikdə bədii zənginlik və müdriklik mövcuddur. Şairin şeirlərinin məğzinitəşkil edən dərin və poetik ictimai məna uğurlu yaradıcılıq səciyyəsi daşıyır. Tamella Pərvininanasına ünvanladığı poetik məktubun mündəricəsi kövrək vəyaddaqalandır.

Gözlərin gözümçünçiçək gətirdi,

Ürəyim çırpındıxoşhallığından.

Həsrətin, canatıb, məni bitirdi,

Qollarım asıldıucalığıından.

Ana, tamlığımıznecə əzizdir,
Sən məni buraxma gözündən Iraq.
Dünya necə əlvan, necə təmizdir,
Sən məni buraxma, gözündən iraq.

Canından ayırıb,can verdin, necə,
Gör bir neçə yerə bölünmüsən sən.
Ömrüm, qucağında məzələnircə...
Özün bir Tanrısan, bilirsənmi sən?!

Şairin lirikasında həsrət və qəm motivlərinin yeknəsəkliyi, sentimentalnotlar, gərəksiz pafos heç vaxt duyulmur. Onun şeirlərində vətənin,valideyn-övlad məhəbbətinin, doğma ocağın tərənnümü, həmçinin xeyirxahlıq,nəciblik, əzəmət və gözəllik duyğularının bədii müstəvidə səmimi təbliği,bütövlükdə yaradıcılığına dərin ictimai-fəlsəfı mündəricə gətirir.

Söz həm də güzgüdür. Fikirlərin, duyğuların,düşüncələrin güzgüsü. Bu ilahi güzgü xeyirxah və nəcib əməlləri,qəhrəmanlıqları, yurd, vətən sevgisini, həmçinin mayasında Allah işığı olanbütün sevgiləri, gözəllikləri öz mübarək üzündə əks edir. Müqəddəs sözün safçeşməsindən içənlər o qələm sahibləridir ki, onların alın yazısından uluYaradanın təbəssümü boylanır. Belə istedadlı şairlərdən biri olan TamellaPərvinə yaradıcılıq uğurları arzulayıram.

Balayar Sadiq