16 May 2025 12:57
244
DÜNYA

Kopırkinin Papikyana məktubu:"Hovhannisyan dədələrimizi təhqir edir"

Rusiya rəsmiləri Ermənistan Müdafiə Nazirliyinin eks mətbuat katibi Artsrun Hovhannisyanın  "qələbə paradını" tənqid etməsindən və aşağılamasından bərk inciyiblər.

Adalet.az xəbər verir ki, Rusiyanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyana açıq məktub göndərib.

Məktubda xüsusi olaraq deyilir:“Hörmətli Suren Rafikoviç,

İcazə verin, ötən həftə təntənəli şəkildə qeyd etdiyimiz Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi münasibətilə sizi ürəkdən təbrik edim. Mayın 9-da Ermənistanda keçirilən yubiley tədbirlərinin geniş ictimaiyyət tərəfindən dəstəkləndiyini görmək sevindirici idi. Respublika sakinləri, istər yaşlı, istərsə də gənc nəsillər öz ürəklərinin çağırışı ilə Vətənin müdafiəsinə yola düşmüş, 300 mini vətənə qayıtmayan 600 min erməninin xatirəsini ehtiramla yad etmək üçün müharibə abidəsinə gəlmişdilər.
Erməni xalqının Qələbə Gününə dərin ehtiramı fonunda ER Müdafiə Nazirliyinin keçmiş rəsmi nümayəndəsi A.Hovhannisyanın bu müqəddəs gündə ölkənin əsas televiziya kanalında səsləndirdiyi, faşist Almaniyasının təcavüzünə faktiki haqq qazandıran tarixən yalan və küfr xarakterli bəyanatlar səsləndirilib. Böyük Vətən Müharibəsinin məşhur komandiri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, marşal Baqramyanın adını daşıyan Ermənistan Respublikası Müdafiə Nazirliyinin Hərbi Akademiyasının Komandir-qərargah İnstitutuna hazırda rəhbərlik edən şəxsin ağzından belə ifadələri eşitmək xüsusilə ağrılı idi.

Belə bir əməli Hitlerin SSRİ xalqlarını əsarət altına almaq və məhv etmək planlarının qarşısını alan, eləcə də bəşəriyyəti “qəhvəyi vəba”dan xilas edən qəhrəman əcdadlarımızın xatirəsini ləkələmək cəhdindən başqa bir şey kimi qiymətləndirmək çətindir".

 Xatırladaq ki, Moskvada faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş paradda 13 ölkədən: Azərbaycan, Vyetnam, Belarus, Misir, Qazaxıstan, Çin, Qırğızıstan, Laos, Monqolustan, Myanma, Tacikistan, Türkmənistan və Özbəkistandan olan hərbçilər iştirak iştirak etsə də Ermənistan hərbçiləri parada qatılmayıb.

 Əntiqə Rəşid