16 May 2025 11:16
112
DÜNYA

İstanbul danışıqlara hazırlaşır, Kiyev bombalanır

Mayın 15-də Rusiya ilə Ukrayna arasında 30 günlük atəşkəs elan edilməsiylə bağlı planlaşdırılan danışıqlar ertələnib və bu gün baş tutacağı gözlənilir.

  Görüşün baş tutmamasında tərəflər bir-birilərini günahlandırmağa çalışırlar. Rusiya nümayəndə heyyəti bildirir ki, Ukrayna tərəfi siyasi şou yaratmaq istəyir, Ukrayna tərəfi isə, Rusiya tərəfini danışıqların rusların  "hazırladığı ssenari" ətrafında başlamasını tələb etməkdə günahlandırır. 

 Tərəflər arasında danışıqlar təxminən günorta saatlarında başlamalıdır. Daha əvvəl, saat 11.30 radələrində ABŞ- Türkiyə-Ukrayna arasında görüş keçirilməlidir. 

 Nümayəndə heyyətini İstanbula  "sülh danışlarına" göndərən Rusiya, bu gün səhər Ukraynanın paytaxtı Kiyev şəhərinə raket zərbələri endirib. Bu barədə paytaxtın meri Vitali Kliçko Telegram-kanalında məlumat verib.

 Məlumatlara görə, Ukraynanın Kirovoqrad, Poltava və Çerkassk vilayətlərində də, hava hücumu ilə bağlı xəbərdarlıqlar edilib, Poltava və Odessada partlayış səsləri eşidilib.

  Rüstəm Hacıyev