Bəzi ərazilərdən Azərbaycana ət məhsullarının gətirilməsinə məhdudiyyət qoyuldu

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Uarqla, Ləğuat, Becaya əyalətlərində, Türkiyə Respublikasının Hakkari vilayətində dabaq xəstəliyi qeydə alınıb.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən cütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”inə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.
"Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub",- deyə məlumatda qeyd edilib.
Digər Xəbərlər

"Məqsəd çoxmənzilli yaşayış binalarının vahid istiliklə təmin olunmasıdır" - Nazir müavini

"ABŞ iqtisadiyyatı tənəzzülə üğraya bilər"

Azərbaycanda iqtisadi fəal əhalinin sayı AÇIQLANDI

“Səba” külli miqdarda borca düşdü

Azərbaycanda istehsal olunan avtomobillərin sayı açıqlandı
jpg-1747306641.jpg)
DSK -dən şad xəbər:"Gəlirlər artıb, boşanma azalıb, körpələrin sayı..."

“İstehlakçı hüquqlarını bil və tələb et!” adı altında maarifləndirmə kampaniyasına start verilib
