adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Yanvar 2017 14:44
11747
MARAQLI

"Klub 27"-nin qaranlıq məqamları

Bu klub barəsindəaraşdırma apararkən bir sıra məqamlara rast gəldik. Sən demə, klubun adındaolan 27 rəqəmi əbəs yerə seçilməyib. Rəqəmin özəlliyi isə ondan irəli gəlirki, burada 27 yaşında dünyasını dəyişənmusiqiçi, aktyorlar və sair sənətkarlar "cəmləşib".

Bəzi sənətkarlarqəribə də olsa 27 yaşında müxtəlif vəziyyətdə dünyasını dəyişib. Bunlaranarkotika, içki aludəçiliyi, intihar, zəhərlənmə aiddir.

Hal-hazırda 61 nəfərüzvü olan bu klubun ən məşhur simaları bunlardır:

Robert Conson -blyuz ifaçısı. 16 avqust 1938-ci ildə zəhərlənmədən ölüb. 27 il 100 günyaşayıb.

Rudi Luis -"Drifters" qrupunun ifaçısı. Narkotik aludəçisi olub və bundan da 20may 1964-cü ildə dünyasını dəyişib. 27 il 271 gün yaşayıb.

MalkolmHeyl - "Spanky" və "Our Gang" qruplarının gitaristi. 31oktyabr 1968-ci ildə zəhərlənmədən ölüb. 27 il 166 gün yaşayıb.

BraynCons - "Rolling Stones" qrupunun yaradıcısı və gitara ifaçısı. 3 iyul 1969-cu ildə suda boğulub. 27 il125 gün yaşayıb.

CimiHendriks - rok musiqisinin banisi və dünya musiqisinin bir nömrəli gitaristi.18 senytabr 1970-ci ildə əsəb-sinir xəstəliyindən dünyasını dəyişib. 27 il 295gün yaşayıb.

CenisCoplin - "Big Brother and the Holding Company" "The Kozmic BluesBand" və "Full Tilt Boogie Band" qruplarının bəstəkarı vəifaçısı. 4 oktyabr 1970-ci ildə narkotikdən ölüb. 27 il 258 gün yaşayıb.

CimMorrison - "The Doors" qrupunun yaradıcısı, lideri, bəstəkarı vəifaçısı. 3 iyul 1971-ci ildə infarktdan dünyasını dəyişib. 27 il 207 gün yaşayıb.

KurtKobeyn - məşhur "Nirvana" qrupunun yaradıcısı, ifaçısı və bəstəkarı.5 aprel 1994-cü ildə intihar edib. 27 il 44 gün yaşayıb.

"Stretch"- reper. 30 noyabr 1995-ci ildə qətlə yetirilib. 27 il 236 gün yaşayıb.

ValentinElizalde - "banda" janrının ifaçısı. 26 noyabr 2006-cı ildə güllələnərəkqətlə yetirilib. 27 il 297 gün yaşayıb.

EmiVaynhausi - bəstəkar və müğənni. 23 iyul 2011-ci ildə içkidən zəhərlənərəkdünyasını dəyişib. 27 il 312 gün yaşayıb.

AntonYelçin - məşhur aktyor və "The Hammerheads" qrupunun gitaristi. 19iyun 2016-ci ildə təsadüfi qəza nəticəsindəölüb. 27 il 100 gün yaşayıb.

Yılmaz İBRAHİMOV