Klozedən Mahir Emreli ilə bağlı açıqlama
Almaniyanın “Nürnberq” futbol klubunun baş məşqçisi Miroslav Kloze futbolçusu Mahir Emreli haqqında danışıb.
Adalet.az "Bild"ə istinadən xəbər verir ki, mütəxəssis 27 yaşlı forvardın komandanın digər hücumçusu Stefanos Tzimasla qarşılıqlı anlaşmasından söz açıb. O, "Preussen Munster"lə oyunu (3:2) dəyərləndirərkən, Emrelinin Tsimasla əlaqələrinin getdikcə yaxşılaşdığını söyləyib:
“Komanda topa sahib olanda daha çox variant ortaya çıxır. Ancaq möhkəm müdafiə ilə oyunçular daha çox irəli atılmalı və yeni qollar axtarmalıdırlar.
Emreli ilə Tsimas arasındakı anlaşma getdikcə yaxşılaşır. Amma hələ də məşqdə bəzi şeylər üzərində işləməliyik, lakin beynəlxalq fasiləyə görə belə imkanımız yoxdur. Lakin futbolçularımız beynəlxalq vəzifədən qayıdanda çox şey edə bilərik”.
Digər Xəbərlər
06 Yanvar 2026 19:41
Məhkəmə onları həbsdə saxladı
06 Yanvar 2026 19:24
"Qalatasaray" İtaliya klubuna təklif göndərdi
06 Yanvar 2026 15:52
İngiltərəli futbolçu Arda Turanın viski aludəçisi olduğunu açıqladı
05 Yanvar 2026 18:41
"Borussiya"nın futbolçusu bu kluba keçdi - RƏSMİ
05 Yanvar 2026 18:32
"İmarət"in tikintisinə 60 milyondan çox vəsait AYRILDI
05 Yanvar 2026 17:20
“Qalatasaray”ın sabiq futbolçusu klubsuz qaldı
05 Yanvar 2026 15:05
"Mançester Yunayted"in baş məşqçisi istefaya göndərildi
05 Yanvar 2026 12:54


Bakı -°C

