adalet.az header logo
  • Bakı -°C
01 Iyul 2026 14:05
83
DÜNYA
A- A+

Kiyev bu ölkədən 2 milyardlıq qırıcı təyyarə alır

Ukrayna və İsveç Kiyevə 16 ədəd Saab Gripen E çoxməqsədli qırıcı təyyarəsi tədarük etmək barədə razılığa gəliblər.

Adalet.az  "Reuters" agentliyinə istinadən xəbər verir ki, müqavilənin dəyəri təxminən 24,6 milyard İsveç kronu (2,54 milyard dollar) təşkil edir.

Yeni qırıcı təyyarələrin 2029-2030-cu illərdə çatdırılması planlaşdırılır. Ukrayna prezidenti Volodimir Zelenski razılaşmanın İsveçin Baş naziri Ulf Kristerssonla əldə edildiyini açıqlayıb. Təyyarələrin alınması ilə yanaşı, müqaviləyə qırıcı təyyarələrə texniki dəstək də daxildir.