Kitab qurdu deyilsinizsə anlaya bilməzsiniz!
Kitablar çox insan üçün oxunub bir kənara qoyulan şeylər olsa da, bəziləri üçün üzərinə əsməsi gərəkən kor-koranə, sözsüz-şərtsiz inanılan nəsnədir.
Heç kimin ağlının ucundan belə keçməyəcək bəzi şeylər bu kitab qurdları üçün çox vacibdir. Sizin bunu tam olaraq dərk etməyinizin isə imkanı yoxdur. Onların kitablarla aralarındakı o özəl münasibəti tərif etmək və bəlkə də tam mənası ilə anlamaq olduqca çətindir. Onlar üçün kitaba qayğı, incə davranış uşaqlara göstərilən sevgi kimidir. Gözləri kimi baxdıqları kitabları eşq ilə yaşayan bu insanlar ən çox nələrə ilişib qalır, bir baxaq.
Adalet.az həmin nüansları təqdim edir:
Oxumağa ara verilən vaxt həmin yeri xatırlamaq üçün mötərizədən istifadə yerinə kitabların səhifə kənarlarının qıvrılması.

Borc verdikləri kitabın bəzi yerlərinin altı xəttlə çəkilmiş olaraq geri gəlməsi.

Kitab rəfinə yerləşdirilən kitabların boyuna ya da növünə görə deyil, yan-yana təsadüfi düzülmüş olması.

Kitablarının yanında bir şeyler yeyib-içilməsi.

Böyük bir həvəslə aldıqları kitabın bariz bir şəkildə pis tərcümə çıxması.

Kitabın cildinin pis olub zamanla səhifələrinin ayrılması.

Kitabın günəşdə qalıb qapağının və səhifə kənarlarının solması.

Qrammatik səhv, əksik hissəli, keyfiyyətsiz pirat kitablar.

Eyni müəllifin başqa-başqa nəşr evlərindən fərqli tiplərdə və dizaynlarda kitablarının çıxması.

Kitablarının stəkan altlığı olaraq istifadə edilməsi.

Bir kağıza düzgün yazı yaza bilmək üçün altına kitab qoyulması və o kitabın qapağına kağıza yazılan yazının izlərinin çıxması.

Kitabı oxuyub-qaytaracam deyib, heç vaxt geri gətirməyən dostlar.



Bakı -°C

