adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 May 2018 12:53
15389
ƏDƏBİYYAT

Kitab oxuyarkən yuxulamağın səbəbləri

Çoxumuzun başına gəlmiş olar: mütaliə edərkən yuxu basır, başını eləcəkitabın üstünə qoyub yatmaq istəyirsən. Fərq etməz o kitab darıxdırıcıdır, yamaraqlıdır. Hətta ən qızğın ədəbiyyat dəlisi belə kitab oxuyarkən yuxuyayaxalanır. Niyə belə olur və mütaliədən ayıq başla zövq almaq üçün neyləməliyik?Böyük Britaniyanın Psixoloqlar Cəmiyyətinin doktoru Xristian Carret bunu beləizah edir:

Adətən biz kitab oxuyarkən rahat kreslo və ya divanda yayxanır, bəzənelə yatağımızda uzanılı halda oxuyuruq. Üstəlik kitab oxuyarkən sakit guşəseçirik, yaxud evin səs-küydən "azad” olmasını gözləyirik. Rahat yer, sərbəstpoza və sakitçilik istər-istəməz yuxu gətirir. Həm də insan kitab oxuyarkən qəhrəmanlarınhəyatına başı qarışdığından öz qayğı və problemlərini unudur, bu da nəticədəbeyni sakitləşdirir və gərginlikdən arınmış beyin bədəni istirahətə göndərir.

Əgər əlinizdəki kitabı bitirmək məcburiyyətindəsinizsə, o zamanmütaliə zamanı yuxulamamaq üçün aşağıdakı məsləhətlərdən yararlanın:

* Kitab oxuyarkən nisbətən narahat yer seçin. Yəni yataq və kresloyerinə stulda oturun. Azacıq səsdə televizor və ya radio eşidilsə yaxşı olar.

* Kitab oxuduğunuz otağın gur işıqlı olmasını təmin edin. Gur işıqyuxunu qaçırır.

* Otağın hərarətinə fikir verin, isti olmamalıdır. İsti hava yuxu gətirir.

* Kitabı birnəfəsə deyil, hissə-hissə oxuyun. Nə qədər təcili olsada, gözlərinizə istirahət verin. Beş dəqiqəlik fasilə ilə pəncərədən baxa-baxaqəhvə için. Müxtəlif rənglər və hərəkətlər gözləri məşq etdirəcək, qəhvə isəbeyni təravətləndirəcək.

* Ümumiyyətlə, bir saatdan artıq kitab oxumaq olmaz. Arada qalxıb hərəkətetmək lazımdır ki, əzələlər öz təyinatını xatırlasın, qan düzgün dövr olunsun.

* Kitab oxuyarkən aktiv oxucu olun. Yəni sadəcə sətirlərdə gəzinməyin.Əlinizdə karandaş olsun, bəyəndiyiniz yerləri qeyd edin. Həm bilgilərinizartar, həm də beyin fəallaşar.

* Mütaliə vaxtını dəyişin. Hər gün eyni saatlarda kitabı"qucaqlayanda” yuxunun gəlişi gözləniləndir.


Şəfiqə ŞƏFA