adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Aprel 2019 15:31
28732
ƏDƏBİYYAT

Kişilik - Qəşəm İsabəyli yazır

(novella)

1.

Növbəti yaralınıda cərrahiyyə stoluna uzat­dılar. Səhra həkimimələfəni çəkib, güllə yerinəbaxan kimi güldü.

–Xeyirdimi,doktor?!

Acıgülüşün soyuq təbəssümü xətt kimisifətində səyriyən həkim yanpörtü çevrildi:

–Gözünaydın, cənab polkovnik!

Butəbrikdəki aşkar kinayəni həzm eləməyə məcbur olan komandirinqaşları çatılıb, yanaq­larıburnuna sarı dartıldı:

­­–Möcüzədiki!

–Bu uşaqcəbhənin hansı tərəfində vurdurub özünü?!

–Vurdurubnə deməkdi?!

–"Ehtiyatlıigidin anası ağlamaz”?!

–Müharibədi...

–Nəyə istəyirsənand içim,bunu vuranhəkimdi!

–Nədənbilirsən?

–Bir ayabeş əsgər gətirmisiniz, beşi dəeyni yerin­dən güllə yarası alıb.Erməni snayperelə bil qəsdən öldür­mək istəməyibbizimkiləri.

–Allahüzümüzə baxıb, demirsənmi?!

–Ölsəydilərbundan yaxşı olardı!

–Hippokratınürəyinə dəyirsən, ha, doktor!

2.

Əfqanıstanveteranı,polkovnik Mübariz İbrahimliodun-alovun içindən çıxmışdı.Ən çətin şə­rait­dəbelə soyuqqanlı davranışıyla əsgərləri mat qoyardı. Üzə vurmasa da həkiminsözləri ona yer eləmişdi. Odur ki, gözünün yuxusu ərşə çəkilmişdi. Bir gün də erməni snayperi əsir gö­tür­dü. Əsgərlərimizivuran demə, qız imiş. Əsirlərə sərbəstlik vermək şakəri olan komandir bu qızuşağıyla da uzun illərin tanışı təki davranmağa başladı. Üz-üzə oturan kimi rusdilində soruşdu:

–Bu nə oyundubaşımıza açmısan, xanım?

–Həqiqətibilmək istəyirsiniz, cənab polkovnik?

–Təbii...

–Sevdiyimoğlanın intiqamını almışam.

–Bizöldürmüşük?

–Allaheləməsin!

–Bəc bunə intiqamdı?

–Düzünüdesəm, bağışlayarsınızməni?

Polkovniksözünə ciddiyət vermək üçün hirslə əsirə baxdı:

–Güllələməsək...hə...

Qızdiksindi.

–Qorxdun,deyəsən?!

–İnanmıramki, mənigüllələyəsiniz!

–Niyə?

–Onda humanistliyiniz harda qaldı?!

Polkovnik yanındakı zabitə sarı çevrildi:

–Şəhriyar müəllim vardı, rəhmətlik, ya Cəbrayıldan idi, ya daZəngilandan, danışırdı ki, Hadrut ermənisiylə qardaş olmuşduq. Bir dəfə dedi,ay Şəhriyar, vallah, siz türklər yaxşı adamsınız. Niyə, dedim, ay Hamo. Dedi, Andranikə[1]qoşulub, onsəkkizinci ildə evlərinizi dağıtdıq, kəndlərinizi yandırdıq, mal-qaranızıapardıq, elə tez unutdunuz?! İndi bu qızda bizim humanistliyimizdən bəhrələnməkistəyr.İnsafən

pis qızaoxşamır, nədənsə qanışirin gəlir mənə. Subay oğlum var, alardım ona, heyf ki,ermənidi!

Qızın dodağı qaçdı – birdən Azərbaycan türkcəsindəqayıtdı ki:

–Cənab polkovnik, Nerses dayım deyərdi, erməni olanda nə olar, qananacan qurban!

Komandirin gözü bərələ qaldı:

–Bizim dili hardan bilirsən?

Bayaq erməni qızı əlini qoltuq cibinə salıb,bükülü bir kağız çıxarıbqoydu komandirin qabağına.O da səliqəylə açıb, köhnə Sovet paspotunu gördü. Vərəqləyənkimi başını dik qaldırıb, zəndlə qıza baxdı:

–Saxta deyil ki?!

–Xeyr.

–Şamaxının ha tərəfindənsən?

–Mədrəsədənəm.

–Əsgərlərimizi də vuran sənsən, deməli?

–Bəli.

–Bu nə sirrdi?

–Nə sirr?

–Düşmən əsgərinə qarşı bu məhəbbət hardandı səndə?

–Nə məhəbbət?

–Beş əsgərimizi vurmusan, beşi də salamatdı.

Qız başını aşağı saldı.

3.

Tibb institutunun sonuncu kursunda oxuyanda hiss elədim ki, bir oğlaanizləyir məni. Bir gün belə, beş gün belə, axırda yaxınlaşıb ürəyini açdı. İlkbaxışdanca xoşuma gəlmişdi. Süründürüb eləmədim. O qədər məni çox istəyirdi ki, adımı "Şirvangözəli” qoymuşdu. İki ay ərzində elə bağlandıq bir-birimizə, deyirdim, ölümdən başqa heç nə ayıra bilməz bizi. Bir gün isə...gördüm Arif uzaqda dayanıb, mənə gözqoyur. Dalağım sancdı.Özümü ələ alıb, yanına qaçdım:

–Ariiif, niyə burda durmusan?

–Heç...

–Nə olub sənə?!

–Heç...

–Elə bil təzə görürsən məni?

–Fikirləş, gör, məndən gizlin nə eləmisən?

Güldüm:

–Səndən gizlin?! Başına at təpməyib ki?!

–Sənin erməniolduğunu niyə başqası deməlidir mənə?!

Qıp-qırmızı qızardım. Tez də özümü ələ aldım:

–Arif, erməni olmaqla insanlıqdan çıxmış hesab edirsən məni?

–Əlbəttə yox.

–Bizim Şamaxıda milli ayrı-seçkilik yoxdu,vallah!

Dinmədi.

Onu çox sevdiyimdən, qorxurdum ki, "erməniyəm” desəm, itirərəm onu. Fikirləşirdimki,iş işdən keçər, bir-birimizə vərdiş eləyərik, sonra hər şey qaydasına düşər.

–Mənə vaxt ver. – Dedi.

–Vaxt nədi?

–Atam-anam bilməlidi ki, mən kiminlə evlənirəm.

–Arif, fikrin məni atmaqdısa, indidən de. Allah nə yazıb, onu dagörəcəyəm.

4.

O günü ürəyimdən daş asılmış kimi qayıtdım yataqxanaya. Qızlar hasoruşdu, nə olub, demədim. Bir stəkan su güclə keçdi boğazımdan. Yerimə girdimki, yatım, dərdim yadımdan çıxsın. Gecəni dirigözlü açdım. Səhər də ac-susuz hamıdantez gəldim instituta. Ha axtardım, Arif yoxa çıxmışdı. Ayrıldığımızın üçüncügünübir də gördüm koridorla gəlir. Qışqırıb üstünə qaçmaq istədim, güclə özümüsaxladım. Çatıb mənimlə üz-üzə dayandı.Baxdım ki, həminki Arif deyil – sifəti uzanıb, gözləri çuxura düşüb, özü də daşdaşımış kimi əzgin görünür.

–Məni öldürmək fikrin var?– Dedim.

Qolumdan yapışıb, birinci mərtəbəyə endirdi. Ordan da çıxıb,Dənizkənarı bulvara getdik.

–Bilirsən, – dedi – babam kəndin varlı-hallı, atıb-vuran kişlərindənidi. Necə deyərlər, sözünün qabağına söz qoyan olmadığından, dediyindən,elədiyindən çəkinib-eləməzdi.Belə adamların da adətən el qınağından, qeybətdənqorxusu olmaz. Tez-tez də Tiflisə gedib-gələrdi. Xırda-para alver eləyirdi. Birgün də satlıq mal əvəzinə bir xanımla qayıtdı. Məlum oldu ki, gətirdiyi qadınermənidi. Babamın bundan da başqa daha iki arvadı vardı. Biri o günü çıxıbgetdi. Qaldı əsl nənəm. Onu da anam götürüb gətirdi evimizə. Yadımdadı, anamhər həftə gedib erməni qadınıyla savaşıb, qayıdırdı. Axırda babam arvadıqoltuğuna vurub, köçübgetdi Sabirabadın Qalağayın kəndinə.

–Arif, sən ki, subaysan?

–Anam bilirdi səninlə görüşdüyümü. Amma kimolduğunu bilmirdi. Heç mən özüm də bilmirdim. O günü tələbələrdənbiri sirr gəldi mənə.Açıb hər şeyi anama danışdım. O da atama deyib. Atam beləşeylərə fikir verən deyil. Deyib, nə olar, qoy ailə qursunlar. Amma anam... daşatıb, başını tutdu. İki gün yalvardım:

–Ay ana, – dedim, – özü də sənin yerlindi, Şamaxılıdı.

Hiss elədim ki, yumşalır. Nə fikirləşdisə birdən soruşdu:

–Adı nədi?

–Süsən.

–Nəəə?! – Elə bil ilan vurdu arvadı – bağırtısı evi başına götürdü, –Sü-səəən?!

Sanki yuxudan ayıldım. Məsələnin nə yerdə olduğunu duyub, üzünəbaxa-baxa qaldım.

–Anamın evini dədəminSüsəni dağıtı, məni də sənin Süsənin öldürər!

–Ay ana, adın nə dəxli var, ey!

–Hər dəfə Süsən adını eşidəndə başıma bir qazan qaynar su tökülür.Açqulağını, eşit – ölsəm də erməni qızından döl tutmaram...

Fikir məni götürdü. Başımı əyib, sakitcə ağladım.

–Süsən, dünya dağılsa da mən səni atmayacam. – Arif qolunu boynumasalıb, məni sinəsinə sıxdı.

–Mən sənsiz yaşaya bilmərəm, Arif!

–Darıxma, gec-tez bur dərdə çarə taparıq.

–Necə?!

–Evlənib, köçüb gedərik Bakıdan.

Demə, onun da dilinə bir tikə çörək dəyməyibmiş. Kafeyə girib, naharelədik. Ta axşamacan şəhəri gəzib-dolaşdıq.

5.

Ariflə əvvəlkindən də mehriban olmuşduq.

Bir gün ölkəyə xəbər yayıldı ki, bəs Qarabağ erməni­ləri ayağa qalxıb,Azərbaycandan ayrılmaq istəyirlər.Tezliklə Şamaxıdan zəng edib, məni çağırdılar.

–Arif, rayona gedirəm.

Fikirli-fikirli üzümə baxdı.

–Nədi?

–Heç...

Sabahı günü gəlib məni apardı avtovağzala. Ayrılanda:

–Məni unutma! – Dedi.

–Bu nə sözdü?!

–Sözdü da deyirəm.

6.

Şamaxıya çatıb, həyətimizə girəndə, gördüm evimizdə nə var, hamısıçöldədi.

–Bu nədi, ay ana?

–Köçürük!

–Hara?

–Rusiyaya.

–Niyə?

–Ermənistandakı Azərbaycan türkləri köçürülürsə, biz burda nə üzlə qalabilərik?!

Yadıma Arifin sözləri düşdü. Başımı divara söykəyib, hönkürdüm.

–Ağlama, qızım, hər şey yaxşı olacaq! – Atam idi.

–İndən belə?!

–Darıxma!

O günü də yola düşdük. Gedib çıxdıq Stavropola.

7.

Təzəcətoxtamışdıq yerimizə. Zahirən rahatlıq tapmışdıq. Amma mən ümidsizliyəqapılmışdım – bilirdim ki, Arifəqovuşmayacam – ölmək istəyirdim. Bu zaman Ermənistandan emissarlar gəldi. Qarabağdadöyüşmək üçün əsgər yığmağa başladılar. Məni də həkim kimi qeydə aldılar.Etiraz elədim:

–Snayperkimi qəbul edirsinizsə, gedirəm. Əks təqdirdə, yox.

Düz üçay bizə təlim keçdilər – sərrast atəş, dəqiq müşahidə, bir də ayıq-sayıqlıq.İstənilən hədəfi vurmağa baş­layanda bir dəstə qızla məni də götürüb gətirdilərAğdam cəbhəsinə. Birinci gün cəbhəylətanışlıq məqsədi daşıyırdı. İkinci günü də əməli bir iş görmədik. Üçüncü günügözümü təzəcə zilləmişdim əks-cəbhəyə, qəflətən bir əsgər başını səngərdənçıxarıb sincab kimi o yan-bu yana boylandı. Mən çaşıb qalmışdım – neyləyim?Özümə gələndə gördüm artıq baş yerində deyil.. Günlər ötür, bəxt üzüməgülmürdü. Bir günorta yenidən gözümü zilləmişdim okulyara, güzgü qabağındabədənnüma dayanırmış kimi bir əsgər qalxdı əks cəbhədən. Arxası mənə tərəf idi.Boynunun dalından nişan aldım. Tətiyi çəkmək istəyəndə, gördüm... Arifdi. Bədəniməsməyə başladı. Tez də özümü ələ aldım. Qorxdum, irağ olsun, yoldaşlarım vuraronu, səngərin qırağını nişan alıb, atdım. Diksinib yerə oturdu. Alnımın tərinisilib, üzümü söykədim silahın soyuq lüləsinə. Göz yaşlarım sel kimi axıbtökülürdü... Düz bir ay hansı düşmən əsgərini nişan alırdım ki, vurum, görürdümArifdi. Əlim yanıma düşürdü. Artıq məni tənbeh eləməyə başlamışdılar. Bizimsnayperlərin ən azından hərəsinin bir ölüsü vardı. Çox fikirləşəndən sonraArifin anasının sözləri yadıma düşdü – "Ölsəm də erməni qızından döl tutmaram!”.

Hirsməni boğdu.Qərar verdim ki, imkan düşdükcə Azərbaycan əsgərlərini sevəryerindən vurum.

Komandirtəəccüb etdi:

–Sevərnədi?

–Kişilik!

Komandiraz qala çığırdı:

Anasının südü halal olsun bizim həkimə!

Qız çaşqınhalda komandirə baxdı.

–Deməli 5 nəfəri vuran sənsən?!

–İnanıram ki, onların hamısı salamatdı.

Komandir eşitmirşim kimi növbətçini səslədi:

–Get, həkimə de ki, həmkarını gətirmişik. Gəlib, gəlib tanış olsun.

Bir azdan qapı açıldı, həkim gülə-gülə içəri girdi:

–Salam, cənab polkovnik!

Arxası qapıya oturmuş qız səsi eşitcək sıçrayıb ayağa durdu. Geriyəçevrilən kimi qışqırdı:

–Aaa... riiif?!

–Süsə...əən?!

08-12.04.2019



[1]ErmənitarixçisiA.Lalayanyazır:"Andranikinbaşçılıqetdiyidaşnakdəstələri,türkkəndlilərininuşaqların, qadınlarınvəqocalarınqətlizamanı"böyüksücaət" göstərirdilər.Daşnakdəstələritərəfindəntutulmuşmüsəlmankəndlərində, sağadamlarqalmırdı,onlarinsanqalıqlarıilədolu, xarabalığaçevrilirdi"