adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Sentyabr 2018 11:07
17835
MƏDƏNİYYƏT

“Kişi ol” adlı film gəlir


Daha çox baxımlı serialların ssenaristi və aktyor kimi tanınan Valeh Əhmədov bu dəfə tamaşaçıların qarşısına bədii filmlə çıxmağa hazırlaşır.

Adalet.az xəbər verir ki, həm ssenari müəllifi, həm də rejissoru olduğu "Kişi ol” adlıfilm dram janrındadır. Müasir həyatıniçindən gələn mövzunun tamaşaçıların ürəyincə olacağı gözlənilir.Filmin çəkilişləri artıq yekunlaşıb.

Çəkilişlər Bakı və İsmayıllıda olub. "Kişi ol”filmində Xalq artistləri HəmidəÖmərova, Qurbanİsmayılov, tanınmış aktyorlar Tural Baxış, Fəridə Şahbazova, Kamil Nazim, AyselNasir, XatirəSüleymanova, Flora Hüseynli, Vaqif Kərimov,Elvin Ağayev, ElsevərMehdizadə, Sənan Əlləz, Əli Əlizadə, Cavanşir Məhərrəmov,Namiq Məna, Erkin Ergin,Sabir Samiroğlu, Namis Şirməmmədov və digərləri rol alıblar. Filmin bu ilişıq üzü görəcəyi gözlənilir. Hazırda montaj prosesi gedir.