adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Avqust 2022 10:14
782
ŞOU-BİZNES

"Kiraz mevsimi"nin  aktyorları : Cütlüyün ikinci toyu İtaliyada baş tutacaq

Türkiyənin sevilən aktrisası Özge Gürellə "Kiraz mevsimi" serialının çəkilişləri zamanı tanış olan, 7 illik birlikdəliyini Almaniyadakı toyla sonlandıraraq evliliyə girən Serkan Çayoğlu ötən gün Etilerdə jurnalistlərin obyektivlərinə tuş gəlib.

Adalet.az HaberTürk-ə istinadən xəbər verir ki, dostu ilə nahar edən Çayoğlu məkandan sonra jurnalistlərin suallarını cavablandırıb.
Toy mərasimi ilə bağlı danışan Çayoğlu, "Daha sadə bir mərasim haqqında düşünürdük, amma ailələr qarışanda toy kimi oldu. Amma bizim əsl toyumuz İtaliyada olacaq. İtaliyanın hər ikimiz üçün xüsusi yeri var".-  dedi.
Jurnalistin "Özge xanımı ilk dəfə gəlinlikdə görəndə nə hiss etdiniz?" deyə verdiyi suala Serkan Çayoğlu "İnsanlar sevdiklərini belə görəndə heyran olur. İllərdir xəyal edirsən" -deyə  sevgi dolu cavab verib.
Çayoğlu, "İkimiz də filmə dəvətliyik, ikimizdə  ssenari oxuyuruq, davamlı işimizlə maraqlanırıq. O gözəl anı belə oturub danışa bilmədik. İndi qarşıda növbəti  toyumuz və film  işimiz var. Bal ayımızı təxirə salmalı olduq. işləmək lazımdır." dedi.

 Qeyd edək ki, iyulun 16-da Almaniyada nikah masasına əyləşən cütlüyün növbəti toy mərasimi 13 avqustda Verona şəhərində baş tutacaq.

 Əntiqə Rəşid