Avropada rekord istilər - Yüzlərlə ölən var
Avropanı bürüyən güclü isti dalğası nəticəsində qitə üzrə təxminən 300 nəfərin öldüyü bildirilir. İqlim dəyişiklikləri fonunda yaranan ekstremal temperatur dalğası bir çox ölkədə rekord göstəricilərə səbəb olub və gündəlik həyatı ciddi şəkildə iflic edib.
Adalet.az xəbər verir ki, Fransa, İspaniya, Böyük Britaniya və Belçika başda olmaqla, bir çox Avropa ölkəsində temperaturun kəskin yüksəlməsi səhiyyə sistemlərinə əlavə yük yaradıb, xəstəxanalara müraciət edənlərin sayı artıb.
Fransada 23 iyunda 29,9 dərəcə Selsi qeydə alınıb ki, bu da 1947-ci ildən bəri ən yüksək iyun göstəricisi kimi qiymətləndirilir. Böyük Britaniyada 24 iyun tarixində ilin ən isti iyun günü qeydə alınıb, Belçikada isə temperatur 33 dərəcəni keçib.
İspaniyada bəzi bölgələrdə istilik 43-44 dərəcəyə çatıb ki, bu da 1950-ci illərdən bəri müşahidə olunan ən yüksək səviyyələrdən biridir.
İspaniya Səhiyyə Nazirliyi 21-24 iyun aralığında istilərlə bağlı 212 nəfərin öldüyünü açıqlayıb. Fransada isti havadan sonra suya düşən və ya istiliklə bağlı səbəblərdən ölənlərin sayı 60-a yaxınlaşıb. Böyük Britaniya və Almaniyada isə boğulma və istiliklə əlaqəli digər hadisələr nəticəsində onlarla ölüm qeydə alınıb.
Yüksək temperatur bir çox ölkədə fövqəladə vəziyyətə səbəb olub, xəstəxanaların təcili yardım şöbələri dolub. Rəsmilər vəziyyəti böhran kimi qiymətləndirərək əhaliyə ehtiyatlı olmağa çağırış ediblər.
Məlumata görə, Avropanı bürüyən bu istilərin əsas səbəbi “istilik günbəzi” adlanan yüksək təzyiqli hava sistemi ilə bağlıdır. Bu sistem isti havanı bölgə üzərində saxlayaraq temperaturun normadan xeyli yuxarı qalmasına səbəb olur.
Digər Xəbərlər
26 Iyun 2026 09:56
Bu ölkədə iki dəhşətli zəlzələ: binalar dağıldı, ölü sayı kəskin artdı
26 Iyun 2026 09:49
Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırdılar
25 Iyun 2026 19:49
Paşinyan parlamentin yeni sədr namizədini açıqladı
25 Iyun 2026 18:56
Ərdoğan yenidən prezidentliyə namizəd olacaq
25 Iyun 2026 13:20
Paşinyan: Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq
25 Iyun 2026 11:54
"Ukraynayla razılaşmanın prinsipial şərtləri var"
25 Iyun 2026 10:59
Dünyanın ən qədim meteor krateri aşkarlandı - Yaşı 3 milyard ildən çoxdur
25 Iyun 2026 10:55


Bakı -°C

