Messi rekorda imza atdı
ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi MLS tarixində unikal rekorda imza atıb.
Adalet.az xəbər verir ki, argentinalı hücumçu “Atlanta Yunayted”lə ev oyununda (2:2) bir məhsuldar ötürmə edib. Bununla da onun cari mövsümdə qol və assistlərinin ümumi sayı 30-a (18 qol, 12 məhsuldar ötürmə) çatıb.
Ulduz futbolçu MLS tarixində 3 müxtəlif mövsümdə 30 və daha çox qolun vurulmasında birbaşa iştirak edən ilk oyunçu kimi tarixə düşüb.
Qeyd edək ki, “Atlanta Yunayted”lə qarşılaşma argentinalı ulduzun milli komandadakı karyerasını başa vurduğunu açıqlamasından sonra keçirdiyi ilk oyun olub.
Digər Xəbərlər
23 Oktyabr 2026 20:32
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
23 Oktyabr 2026 19:17
“Heç vaxt cəhd etməkdən vaz keçmədim” - Messidən səmimi etiraf
23 Oktyabr 2026 18:55
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
23 Oktyabr 2026 17:12


Bakı -°C

