Kəmaləddin Heydərov türkiyəli nazirlə görüşdü - VİDEO
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov görüşün təsadüf etdiyi 19 may tarixinin Türkiyədə geniş qeyd olunan Atatürkü Anma, Gənclik və İdman Bayramı olması münasibətilə təbriklərini çatdırıb.
Nazir K.Heydərov iki qardaş ölkə arasında bütün sahələrdə mövcud əlaqələrdən danışaraq, Azərbaycan və Türkiyə liderlərinin müdrik uzaqgörənliyi və siyasi iradəsi sayəsində bu əlaqələrin ən yüksək səviyyəyə qalxdığını qeyd edib.
FHN-in fəaliyyət istiqamətlərindən ətraflı bəhs edən nazir K.Heydərov meşə yanğınları ilə mübarizə sahəsində iki nazirlik arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Bu çərçivədə, nazir meşə yanğınlarının monitorinqinin aparılması və meşələrin yanğından mühafizəsi sahəsində erkən xəbərdarlıq sistemlərinin tətbiqi, birgə təlimlərin təşkili və təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyini qeyd edib.
Səmimi görüşə görə təşəkkürünü bildirən Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi ölkələrimiz arasında sıx əlaqələrin dinamik inkişafından danışaraq, nazir vəzifəsinə təyin olunduqdan sonra ilk səfər etdiyi ölkənin məhz qardaş Azərbaycan olmasından məmnunluq ifadə edib. V.Kirişçi meşə yanğınları ilə mübarizə sahəsində iki nazirlik arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edərək, bu mənada qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunub.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
21 Sentyabr 2026 23:49
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
21 Sentyabr 2026 12:38
Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verdi
21 Sentyabr 2026 12:20
"Azərbaycan MDB-də münaqişələrə məruz qalan ölkələri arasında..."
21 Sentyabr 2026 12:19
"Koreya Mərkəzi Asiya ilə əməkdaşlığı dərinləşdirmək istəyir"
21 Sentyabr 2026 12:19
"Ermənistanın seçim qarşısında qaldığı yeni Cənubi Qafqaz reallığı"
21 Sentyabr 2026 12:17
"Tramp Rusiyaya qarşı sərt sanksiyaları nəzərdə tutan L.Qrem qanun təsdiq etdi"
21 Sentyabr 2026 11:25
"Nə TƏBİB-dən, nə də icbari tibbi sığortadan müsbət cavab ala bilmirik" - Deputat
21 Sentyabr 2026 11:04


Bakı -°C

