Kəmaləddin Heydərov Qəbələdə vətəndaşları qəbul edib - YENİLƏNİB + VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin inzibati binasında Qəbələ və Oğuz rayonlarının sakinlərinin qəbulunu keçirib.
Bu barədə FHN-dən məlumat verilib.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi də vətəndaşları qəbul ediblər.
Ümumilikdə, müraciət etmiş 200-dən artıq vətəndaş qəbul edilib.
13:49
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 19 avqust 2022-ci il tarixində Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin inzibati binasında Qəbələ və Oğuz rayonlarının sakinlərinin qəbulunu keçirir.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin strukturuna daxil olan qurumların rəhbərləri və baş idarə rəisləri də vətəndaşları qəbul edir.
Hazırda qəbul davam edir.
Digər Xəbərlər
07 Aprel 2026 19:12
“Anadolu Ankası - 2026” beynəlxalq təliminə start verilib
07 Aprel 2026 17:52
Eşqi Bağırov yeni müdir müavinləri təyin etdi
07 Aprel 2026 17:35
Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib
07 Aprel 2026 11:56
Xocavənd şəhərinə növbəti KÖÇ
07 Aprel 2026 10:45
Macarıstan Cəbrayılın Soltanlı kəndinin bərpasına 30 milyon dollar ayıracaq
07 Aprel 2026 10:14
Həmin uşaq valideynlərinə təhvil verildi - YENİLƏNİB
06 Aprel 2026 18:51
Tbilisidə Mehriban Əliyevanın şərəfinə lanç verilib - FOTOLAR
06 Aprel 2026 18:23


Bakı -°C

