adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
01 Aprel 2020 08:33
62783
ƏDƏBİYYAT

Kədəri təbəssümlə dilə gətirən şair- Coşkun Karabulut - Günel Natiq yazır

Türk poeziyası dedikdə pafosdan, gurultudanuzaq, sanki pıçıltı ilə deyilən, hisslərə sığal çəkən şeirlərin həzinliyi dolurkönlümüzə. Bu şeirlərin güclü fəlsəfi tutumu var; poetik mənalarla zəngindir. Ustadşair Coşkun Karabulutun şeirləri də bu qəbildəndir. İncə, axıcı, dərin,düşündürücü... Məna içində məna gizlidir.

2017-ci ildə"Hardan haraya” şeirlər kitabının Bakıda nəşr edilməsi Coşkun bəyi Azərbaycanoxucularına bir az da yaxından tanıdıb. Kitabın redaktoru və tərcüməçisişair-publisist Nazilə Gültacdır.

CoşkunKarabulut "Qərib” şeir axınının nümayəndəsidir. Bu cərəyanın nümayəndələri vəznvə qafiyəyə, məcaza, süniliyə qarşı çıxır, şeirdə söz və məna oyunlarına yerverirlər. Coşkun Karabulutun şeirlərindəki incə, fəlsəfi yumor onu bu cərəyandayazılan digər nümunələrdən fərqləndirir. Sətiraltı mənası olan fikirlərçoxqatlıdır. İncə yumor hadisənin dramını, faciənin mahiyyətini daha çox hissetdirir. Oxucu anlayır ki, ağlamamaq üçün gülür şair.


HƏYAT –

bir yumurtakimi...

ya quş olubuçacağıq

Ya da bizdən

qayğanaqbişirəcəklər…


CoşkunKarabulutun şeirləri dərin fəlsəfəyə köklənib. Bəzi şeirlər üzə təbəssümqondarsa da, ürəyi kədərə kökləyir. İnsan taleyinin əslində kədərdən ibarətolduğunu və bu təbəssümün kədərdən qaçmaq üçün bir yol olduğunu anlayırsan...


Dünyada ən ədalətli

insanın kölgəsidi.

Zəncidə də,

ağ insandada

həmişə qaradı...

içində unvarmış kimi

ələyirəmyalandan

könlü xoşolsun, – deyə…


CoşkunKarabulutun şeirləri müəllifin özüylə söhbətidi, özünə də etiraf etmədikləridi,sonda sözün bu tilsimi qırıb hər şeyi onun özünə və oxuculara faş etməsidir.Burda peşmanlıqlar da var, göz yaşları da, təəssüflər də. Bütün bunları o, bircə-bircəsözlə paylaşır, bəzən ona "ustad” deyir. İki ustadın- şairin və şeirin- kiminkimə müraciət etdiyini kəsdirə bilmirsən.



Müəllifinbircə-bircə sözlə paylaşdıqlarını oxuyarkən adam sarsılır, bəzən hansısa şeirinönündə donub qalır. Bəzən bir şeir bütün dünyanın ovqatını ifadə edir. Digər birşeirin enerjisi isə romanlara sığmaz! Həcmcə kiçik şeirləri oxuduqca düşünürsənki, həqiqəti ancaq bu qədər sadə şəkildə anlatmaq olar. Gerçəklik oxucunu əslindəçox şey gözləmədiyi vaxtda yaxalayır. Həqiqəti onu qəbul etməyə hazır olmadığınbir vaxtda dərk etməli olursan. Və bunun bədəli bəzən çox ağır olur.


Qardanadamlara xidmətimin bədəli,

yığıbsaxladığım qardır bir yığın

bu illər ərzində.

Elə ki birrüzgar gördü,

qarfırtınaları əsər içimdə.

Göz gözügörməz.

Ayazlı gecələrdədonub qalıram,

Günəşdən dəqorxuram,

əridəryığdıqlarımı…


İnsanınyaradıcı enerjisi sənət əsəriylə onun arasındakı ünsiyyətdən, təmasdan üzəçıxır. İnsan öz potensialını yalnız güclü şeir, ya nəsr əsəri oxuduğu zaman dərkedir. Şübhəsiz ki, bu şeirlər insana öz potensialını göstərən, onu özenerjisiylə təmin edən şeirlərdi.

CoşkunKarabulut şeirlərinin birində ölümün mövcudluğunu dilə gətirir, amma gəlib-keçənömrə heyfsilənmir, yağış altında gözləmələrə, xəyala dalmalara, təbəssümlərə, gülüşlərə,hüznlərə, o anların xoşbəxtliyinin ötəriolduğuna heyfsilənir. İnsanın deyil, duyğuların fani olduğuna təəssüflənirşair.


Deyək ki,öldük.

Olsun, hər kəsölür.

Xəyaladalmalar necə olacaq sonra?..

Uzağa getmələr,

ikiyəbölünmş pəncərə şüşəsindən

boylanan təbəssüm,hüznlər nə olacaq?..


Şair ölümdənyazır, amma onu kədərləndirən ölüm deyil, təbiətdən uzaq düşməsidir. Çünki torpaqinsan kimi fani deyil, torpaq- əbədiyyətdir. Aşıq Veysəlin məşhur misralarınıxatırlayıram: "Mənim sadiq yarım qara torpaqdı”. "Beton binaların altındaölümün dadı qalmadı”,- deyir Coşkun Karabulut. Ölüm məhz torpağın dadınıyaşatdığı üçün gözəldir. Bu, necə bir torpaq sevgisidir? Hətta ölümü də heçəsayır bu sevgi. Qara torpaq ölümlə assosiasiya olsa da, yenə də gözəldir.


Ölümün dədadı vardı, əlbət,

köhnəzamanlar, sevgili Berdan.

Torpaqaltında qalmazdıq belə.

Bir yolunubulub

boy atardıqyenə də.

Tikanlıqızılgülləri,

göyüzünügörmək vardı.

İndiysə

betonbinalar altında,

su dolu zirzəmilərindibində,

sonsuzluqlarboyu qalmaq qorxusu...

Ölümün dədadı qalmadı.

Ölümün də.


Ustadşair sevgini, sevgiylə bütövləşməyi kiçik bir şeirdə elə ustalıqla ifadə edirki, bu fikri uzun cümlələrlə ifadə etmək istəsən, belə dolğun alınmazdı.


Bu necəişdir,

Məndən Səniçıxardım,

Sən qaldın.

Səndən Məniçıxardım,

Yenə sənqaldın.

Bu necəişdir,

Mən hardayam?..


Sevgi əgərbudursa, onun uğrunda candan keçməyə dəyər, çünki son nəticədə yenə sən həyatdaqalırsan. Hansı şəkildə qalmağının elə də əhəmiyyəti yoxdur.

Bəzəneşq sadəcə bir nağıldır; nağıl kimi gözəl və xəyali. Bu mənada reallıq daha üstündür.Amma hansını daha çox arzuladığını çox vaxt özün də aydınlaşdıra bilmirsən- gözəlnağılı, yoxsa acı gerçəyi? Və yaxud hansına ağlayasan- yarımçıq qalmış ömrə,yoxsa yarım qalmış nağıllara? Şair də reallığın zərbindən yarımçıq qalmışnağılını belə anladır.


Bir nağılbaşlamışdıq

səninlə,

.........

Birdən

göydən üçalma düşdü.

Üçü dəbaşıma düşdü.


Şairin sufitəbiəti şeirlərdə özünü göstərir. Bir pritçanı xatırladım. Yolla bir dəstə adamgedir. Xeyli yol gedəndən sonra dəstənin başçısı deyir: "Çox getdik, özümüzdən,ruhumuzdan aralı düşdük. Bir az oturaq, ruhumuzu dinləyək”.

Qələbəliklərdəöz ruhundan uzaq düşmüş Coşkun Karabulut tənhalığın xiffətini edir.


Gəncliyimkeçdi

tənhayollardan,

kimsəsiz qaranlıqlardan.

Çatdığım yerdəsə,

çoxqələbəlikdi,

İndi,

araki, özünü tapasan...


Başqabir şeirində müəllif tərəf-müqabiliylə ayrı-ayrı dünyaların adamları olduğunuyenə müdrik bir sadəliklə anladır. Amma bir məsələ də var ki, bu "ayrı-ayrıdünyalar” bir-birini tamamlayır, çünki insan həmişə əks qütbə can atır.


Mən göyüzüyəm,

Sən yerüzü.

Məndə qanadoyunları,

Səndə ayaqoyunları.

Bir-birimizitamamlayırıq.


Qocalığıimitasiya edib zamandan qaçmaq istəyən şair alt qatı olan, zamanla mübarizədəyenilməyən söz söyləyir.


Saçımı bəyazetdim,

üzümüqırış-qırış;

Görməsinuşaq qaldığımı,

qısqanıb da

köhnəltməsinməni zaman.


Yaşamlaölümün arası bircə andır. Cəlaləddin Rumi belə deyirdi. Coşkun Karabulutyaşamla ölümü bir-birinin içində görür.


Başımda birqələbəlik,

kimisiağlamaqda.

Kimi yanıbyaxılır,

ölən var,açıq-aydın.

Maraqlandım,kimdir deyə,

Özümügördüm, uzadılmış.

Mamaçanıgözləyirdim halbuki,

mamaçanıçağırın, deyəcəkdim,

yenidəndoğulmaqçün.

Bağladılar çənəmi...


CoşkunKarabulutun şeirlərində xəfif yurd həsrəti var. 1956-cı ildə Qarsın Sarıqamışelində doğulan şairin ana tərəfi əslən Şəkidəndir. Ana yurdunu görmək həsrətiyləyaşayan şairi eyni zamanda tərəddüdlər sarırdı. Görəsən...


Eşqləri,sevdaları,

Gülüşləri,baxışları,

Hopubmu hərbir yana?..

O torpaqdangələrmi

Babalarımın ətri?..

Hüzünyağarmı göydən?..

Dolaşan ölməzruhları,

"Xoş gəldin”deyərmi görən?


Şair-publisistNazilə Gültacın təşkilatçılığıyla gerçəkləşən "Könül körpüsü” layihəsində keçənil Azərbaycana gələn Coşkun Karabulut Şəkini də ziyarət etdi, babalarınyaşantılarını, sevdalarını, hüznlərini, gülüşlərini, baxışlarını gördü, duydu,kövrəldi. Yəqin ki, Coşkun bəy bu hüznləri, sevdaları, təbəssümləri fani zamanatəslim etməyəcək, onlara öz şeirlərində yaşarılıq verəcək.

Coşkun Karabulut sözü sirdaşı, qardaşı,doğması bilir, sözün ilahi həqiqətinə sığınır: "Əgər bir şair sözlərdən həqiqətidilə gətirmək üçün istifadə edərsə, o zaman bu sözlər gülə-oynaya şeirə daxilolmağa can atarlar. Və şairə əziyyət vermədən sətirlərdə yoldaşlıq edəcəklərisözləri özləri seçərlər. Bu şeirlər şairi xoşbəxt etdiyi kimi, illər sonra daolsa, oxucuları xoşbəxt edər, onlara həyat sevinci verər”,-deyir şair.

Coşkun Karabulutunolumdan və ölümdən sadə bir müdrikliklə bəhs edən şeirləri əsla oxucuya xəyanətetməz, onları darda qoymaz. Əksinə, illər sonra da olsa, xoşbəxtlik və yaşamenerjisi bəxş edər...