adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Noyabr 2018 11:34
3142
HADİSƏ

Keçmiş məhkumlar maşın oğurladı

Noyabrın 5-də Şamaxı rayonu Şəhriyar qəsəbə sakini Elşad Mehraliyev Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi” Xidmətinə zəng edərək bir gün əvvəl ona məxsus "VAZ-2106” markalı avtomobilinin qaçırıldığı barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Adalet.az-a verilən xəbərə görə, məlumat müvafiq tədbir görülməsi məqsədilə aidiyyatı üzrə Şamaxı Rayon Polis Şöbəsinə göndərilib.

Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirlər nəticəsində avtomobili qaçırmaqda şübhəlilərin E.Mehralıyevin həmyerliləri, Şəhriyar qəsəbəsinin sakinləri - əvvəllər məhkum olunmuş Məhəmməd Quliyev və Şəhruz Eyvazzadə olduğu müəyyən edilib.

Görülən tədbirlərlə hər iki şəxs saxlanılıb və onlar törətdikləri cinayəti etiraf ediblər. Faktla bağlı Şamaxı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.