KAPİTAN FORMASI GEYİB SERJANT KİMİ OYNAYANLAR…
Futbolçuların geyindiyi forma da oyuna bir gözəllik qatır. Əvvəllər futbolçularımızın forması, yəni əyninə geydiyi maykalar, o qədər də yaraşıqlı deyildi. Hətta demək olar ki, yox idi. Bir dəfə Fransa ilə oynayanda futbolçularımızdan biri fransızla formasını dəyişmişdi. Ağasəlim Mircavadov deyirdi ki, sonra yalvardıq ki, formanı qaytarın, çünki forma çatışmır. İndi Allaha şükür, həm forma bolluğudu, həm də yaraşıqlıdı.
Bir dəfə «Zaman» qəzetinin bir müxbiri vardı, adı yadımdan çıxıb, yazmışdı ki, Azərbaycanın milli komandası Argentinanın formasını geyinib Masallının «Viləş» komandası kimi oynayırdı.
İndi baxıram, bir çox klubların futbolçularının formasının çiyinlərində dörd ulduz həkk olunub. Yəni kapitan rütbəsidi, amma oyunlarına baxırsan heç serjant kimi də oynamırlar.
Vaxtilə ən yaxşı formalardan biri «Qəbələ»nin idi. Formanın çiyinlərində də böyük ulduz vardı, yəni general forması idi. Elə onda da «Qəbələ» generala layiq olmasa da, polkovnik kimi oynaya bilirdi. Sonra nədənsə formanı dəyişdilər. Ondan sonra da serjant kimi olmasa da, leytenant kimi oynamağa başladılar.
Arzu edirəm ki, futbolçular geydiyi formalarına layiq oynasınlar. Çiyinlərinə kapitan rütbəsi vurublarsa serjant kimi oynamasınlar.
Digər Xəbərlər
18 Sentyabr 2026 18:48
“Onları “Real”a gətirmək istərdim” - Mbappe
18 Sentyabr 2026 17:55
Türkiyə millisinin heyəti açıqlandı
18 Sentyabr 2026 15:35
FIFA Qavinin cəzası ilə bağlı qərar verdi
18 Sentyabr 2026 10:12
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
18 Sentyabr 2026 10:09
Formula 1 vaxtı bir çox əsas yollar müəyyən saatlarda açıq olacaq
18 Sentyabr 2026 09:21
Avropa Liqası: "Beşiktaş" qələbə qazandı - VİDEO
17 Sentyabr 2026 11:24
Formula 1 gələn il Türkiyədə bu tarixdə baş tutacaq
17 Sentyabr 2026 09:11


Bakı -°C

