Kanada Azərbaycanın ərazi bütövlüyünü tanıyır
Kanada Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və bu ölkənin suverenliyini tanıyır.
Adalet.az xəbər verir ki, bunu Kanada Xarici İşlər Nazirliyinin parlament katibi, İcmalar Palatasının üzvü Robert Olifant Xarici İşlər Komitəsində Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı dinləmələr zamanı bildirib.
“Biz açıq-aydın bildirmək istəyirik ki, Kanada BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı bütün bəyanatlarını dəstəkləyir. Kanada Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və bu ölkənin suverenliyini tanıyır. Beləliklə, Kanada bu sərhədlər çərçivəsində digər qondarma qurumları tanımır”, - deyə Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb.
Digər Xəbərlər
25 Sentyabr 2026 21:35
Ceyhun Bayramov ATƏT-in baş katibi ilə sülh prosesini müzakirə etdi
25 Sentyabr 2026 20:04
Nazir İƏT iclasında çıxış etdi - Ermənistanla sülhdən danışdı
25 Sentyabr 2026 20:00
Ceyhun Bayramovun sədrliyi ilə TDT XİN Şurasının iclası keçirildi
25 Sentyabr 2026 19:52


Bakı -°C

