Kamran dalaşdığına görə cəzalandırıldı
Azərbaycan milli yığmasının və Portuqaliyanın "Boavişta" klubunun qapıçısı Kamran Ağayev cəzalandırılıb.
Ağayev Portuqaliya çempionatının XVII turunda "Benfika" ilə oyunda (3:3) etdiyi hərəkətlərə görə 3 oyunluq cəzalandırılıb.
Qeyd edək ki, "Benfika” - "Boavişta" oyunu başa çatdıqdan sonra Ağayevlə rəqib komandanın ehtiyatda olan futbolçuları arasında insident yaşanıb. Bundan sonra qolkiper birbaşa qırmızı vərəqə alıb.