Kamran Ağabalayev Rusiya istehsallı filmdə baş rolda oynayacaq
Aktyor Kamran Ağabalayev Rusiya istehsalı olan "Rus qul"("Русский раб") serialında rol alacaq.
Bu barədə K.Ağabalayev şəxsi "Facebook" hesabında foto və məlumat paylaşıb.
Belə ki, serialın Türkiyədə baş tutan ilk çəkiliş günündən foto yayımlanan aktyor bunları yazıb:
"Təyyarədə nasazlıq yarandığı üçün sınaq çəkilişinə yeddisaat gecikmişdim. Sonra ikisaat ərzində bacarığını ortaya qoymağa məcbursan! Sonra gözləyirsən! Sonra səni tarixi janrda çəkiləcək "Русский раб", yəni "Rus qul" adlı 12 seriyalı filmdə baş rollardan birinə təsdiq edirlər".
Qeyd edək ki, rusiyalı prodüser Yelena Deniseviçin tarixi janrda ərsəyə gətirdiyi ekran işində K.Ağabalayev Bəyazid Ağa obrazını canlandıracaq.
Digər Xəbərlər
01 Iyun 2026 13:19
AKTYOR: “Onları inandırmaq çətin olsa da…”
01 Iyun 2026 11:55
Xalq artisti: “Aktyor olduğum üçün atam məni danışdırmadı”
28 May 2026 16:54
“Dolu” filmi və rejissor Elxan Cəfərov
28 May 2026 14:15
Moldovalı səfirin oğlu Şuşada “Şən Azərbaycan” oxudu - VİDEO
28 May 2026 09:10
79 illik ömrün musiqi xəritəsi: Dünyanı fəth edən azərbaycanlı - Aysel KƏRİM yazır
25 May 2026 19:37
Babək Niftəliyevə VƏZİFƏ VERİLDİ
22 May 2026 09:26
Saida Haqverdiyeva Türkiyədə beynəlxalq mükafatına layiq görülüb
22 May 2026 09:07


Bakı -°C

