Jurnalistlər üçün bu platformada təlimlər keçiriləcək
Bu gün “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimi çərçivəsində yaxın gələcəkdə Medianın İnkişafı Agentliyinin, Media Təhlil Mərkəzinin, “EDUAZ co” MMC-nin və Anadolu Agentliyinin birgə əməkdaşlığı ilə “Eduaz.com” platforması üzərindən jurnalistlər üçün onlayn təlimlərin təşkil ediləcəyi barədə məlumat verilib.
Adalet.az xəbər verir ki, layihə ilə bağlı təqdimatla çıxış edən “EDUAZ co” MMC şirkətinin layihə meneceri Lalə Həsənova bildirib ki, jurnalistlərin peşəkarlığının artırılması, bu sahədə yeni tendensiyaların öyrənilməsi məqsədilə medianın istifadəsinə veriləcək onlayn təlim platforması daha geniş auditoriyanı əhatə edəcək, vaxta qənaət edilməsinə şərait yaradacaq, məkan və zamandan asılı olmayaraq təlimlərdən faydalanma və rahat funksionallıqdan istifadə imkanı təqdim edəcəkdir.
Təlimlərin sonunda onlayn sertifikatların təqdim edilməsini nəzərdə tutan layihə təkcə media nümayəndələri üçün deyil, eyni zamanda tələbələr, müəllimlər və biznes subyektləri üçün də müxtəlif mövzuların öyrənilməsi, şəxsi inkişafın təmin edilməsi sahəsində operativ və çoxməzmunlu platformaya çevriləcək, öyrənmə və inkişaf imkanlarını artırmaq istiqamətində effektiv yerli resurs olacaqdır.
Daha sonra platformada təşkil edilən kurslar barədə məlumat verilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Əlavə məlumat üçün:
Email: [email protected]
Telefon: (012) 526-16-16
(994) 55-362-90-95
Digər Xəbərlər
31 Mart 2026 15:15
Xarici media subyektlərinin filialının qeydiyyatına dair tələb müəyyənləşdi
30 Mart 2026 18:24
MEDİA nümayəndələri Türkiyədə Dezinformasiya ilə Mübarizə Mərkəzini ziyarət ediblər
28 Mart 2026 13:04
Əhməd İsmayılov Burhanettin Duranla görüşdü - FOTOLAR
27 Mart 2026 17:30
"Azərbaycan-Türkiyə Birgə Media Platforması inkişaf etdiriləcək" - Əhməd İsmayılov
27 Mart 2026 10:33
MEDİA qazi jurnalistin vəfatı ilə əlaqədar başsağlığı verib
17 Mart 2026 13:16
Media orqanlarının nəzərinə: Tələblər artırılır
10 Mart 2026 17:26
Bir sıra media nümayəndələri üçün vörkşop keçirilib - FOTOLAR
10 Mart 2026 16:06


Bakı -°C

