adalet.az header logo
  • Bakı -°C
03 Avqust 2026 13:25
76
HADİSƏ
A- A+

İyulda neçə adamı gün vurub?

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyul ayı ərzində günvurma ilə əlaqədar 32 müraciət daxil olub.

Adalet.az xəbər verir ki, bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

Onlardan 12 nəfər hospitalizasiya edilib, 17 nəfərə yerində tibbi yardım göstərilib, 3 nəfər hospitalizasiyadan imtina edib. Müraciət edənlərin 17-si kişi, 15-i qadın olub.