adalet.az header logo
  • Bakı -°C
02 Avqust 2026 17:30
88
HADİSƏ
A- A+

Xocavənddə minaya düşən şəxsin son vəziyyəti açıqlandı - YENİLƏNİB

Xocavənd rayonunda baş verən mina partlayışı nəticəsində yaralanan şəxsin son vəziyyəti açıqlanıb.

Bu barədə Adalet.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

TƏBİB-dən verilən məlumata görə, Xocavənd rayonu ərazisində baş verən partlayış nəticəsində xəsarət alan 1985-ci il təvəllüdlü kişi avqustun 2-də saat 09 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona bədənin müxtəlif nahiyələrinin çoxsaylı qəlpə yaraları, həmçinin sol budun aşağı üçdəbir hissəsinin qəlpə yarası diaqnozları qoyulub.

Pasiyentə zəruri tibbi yardım göstərilib və ixtisaslaşdırılmış tibbi xidmətin davam etdirilməsi məqsədilə Bakı şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunub.

*** 15:10

Xocavənd rayonunda mina hadisəsi baş verib.

Bu barədə Adalet.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, hadisə avqustun 2-də Xocavənd rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunan özəl şirkətlərdən birinin əməkdaşı, 1985-ci il təvəllüdlü Əhəd Əhədov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.

Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxs rayon mərkəzi xəstəxanasına təxliyə edilib. ANAMA-nın məlumatına əsasən, onun vəziyyəti qənaətbəxşdir, həyatı üçün təhlükə yoxdur.