adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Noyabr 2018 18:44
11840
DÜNYA

İSRAİLLİ NAZİR: ««S-300»lər VURULACAQ»

«TASS»-ın məlumatına görə, Yerusəlimin işləri üzrə və İsrail dövlətinin milli sərvətlər naziri ZyevElkin bəyan edib ki, «əgər Suriya Rusiyanıngöndərdiyi «S-300» zenit-raket komplekslərindən İsrail təyyarələrinə qarşıistifadə edərsə onda onun ölkəsi həmin komplekslərə zərbələr endirəcək. Rusiya tərəfibu tip silahların Suriyaya verilməsinə görə tam məsuliyyət daşıyır».

Nazirin bildirdiyinə görə, həmin komplekslər Rusiya mütəxəssisləri tərəfindən idarəolunmadığı üçün Rusiya hərbçiləri zərər görməyəcək. Elkinin fikrincə, İran tərəfidə Suriya ərazisində Rusiya hərbçilərindən canlı sipər kimi dəfələrlə istifadə edib.

Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri VladimirŞamanov «İnterfaks»a bildirib ki, «S-300» hava hücumundan müdafiə sistemləri hərtərəfliqorunur. Və Dəməşq bu sistemlərdən öz milli maraqlarını müdafiə etmək üçün istifadəetmək hüququna malikdir. Daha sonra o, əlavə edib ki, israilli nazirin bu cür bəyanatlar verməsi «ənazı israillilər tərəfindən atılmış nəzakətsiz addım kimi qiymətləndirilə bilər».