18 Iyun 2025 17:41
100
DÜNYA

İsrail Xameneinin yerləşdiyi bunkeri HƏDƏFƏ ALDI

İsrail silahlı qüvvələri İranın paytaxtında hərbi obyektlərə hücumları bərpa edib.

Adalet.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"İsrail Hərbi Hava Qüvvələri hazırda Tehranda İran rejiminə məxsus hərbi obyektləri hədəfə alır", - deyə İsrail Müdafiə Nazirliyinin rəsmi teleqram kanalında dərc olunan bəyanatda deyilir.

İsrailin "9-cu Kanal"ı isə iddia edir ki, hazırda İsrail təyyarələri Tehranda ali lider Əli Xameneinin bunkeri yerləşən məhəlləni bombalayır.

İran "NourNews" agentliyi İsrail aviasiyasının Tehranın şərq hissəsini də intensiv bombardman etdiyini xəbər verir.

Xatırladaq ki, iki ölkə arasında toqquşma iyunun 13-də başlayıb. İsrail İranın zərbələri nəticəsində 20-dən çox adamın öldüyünü, 600-dən çox insanın yaralandığını bildirib. İran 220-dən çox ölü və 1200-dən çox yaralı olduğunu bildirib.