adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
27 Mart 2023 09:30
298
DÜNYA

İsrail Prezidentindən hökumətə ÇAĞIRIŞ

İsrail Prezidenti İshaq Hersoq baş nazir Binyamin Netanyahuya, eləcə də hökumət və koalisiya üzvlərinə məhkəmə islahatının qəbul edilməsi prosesini dayandırmağa çağırıb.

Adalet.az xəbər verir ki, bu barədə İsrail Prezidenti özünün "Twitter" səhifəsində yazıb.

"Təhlükəsizlik, iqtisadiyyat, cəmiyyət - hər şey təhlükə altındadır" yazan prezident İsrail xalqını birlik naminə, onlara həvalə edilmiş məsuliyyət naminə qanunvericilik prosesini dərhal dayandırmağa çağırıb.

"Mən Knessetdəki bütün fraksiyaların, istər koalisiya, istərsə də müxalifət fraksiyalarının rəhbərlərini ölkə vətəndaşlarını hər şeydən üstün tutmağa, gecikmədən məsuliyyətlə və cəsarətlə hərəkət etməyə çağırıram. Dərhal özünüzə gəlin! Bu, siyasi məqam deyil, liderlik və məsuliyyət məqamıdır", - deyə İsrail Prezidenti bildirib.

Xatırladaq ki, ötən gün İsrailin baş naziri Binyamin Netanyahu ölkənin müdafiə naziri Yoava Qalantı istefaya göndərib.