adalet.az header logo
  • Bakı -°C
29 Iyun 2026 00:00
79
DÜNYA
A- A+

ABŞ-İran danşıqları nə yerdədir?

ABŞ və İran arasında nüvə proqramı ilə bağlı texniki səviyyədə danışıqlar davam edir.

Adalet.az xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Valts “Fox News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, müzakirələr əsasən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin müfəttişlərinin İrana girişinə icazə verilməsi, uranın zənginləşdirilməsi səviyyəsinin azaldılması və nüvə silahı əldə etməsinin qarşısının alınmasına yönəlmiş digər texniki məsələləri əhatə edir.

Valts qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp diplomatik həllə üstünlük verir. Bununla yanaşı, o vurğulayıb ki, Vaşinqtonun səbri məhdud deyil və administrasiya Tehrana təsir göstərmək üçün bütün mümkün variantları nəzərdən keçirməyə davam edir.